Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Şəhid Ailələrinə Yardımlara Başladı

Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid…
Davamını oxu...

Dəyərli Könül İnsanımızı İtirdik

Uzun illər Gəncliyə Yardım Fondunun təhsil koordinatoru vəzifəsində çalışıb öz dərin elmi biliyi və mənəvi dünyasının zənginliyi ilə Azərbaycanda milli-mənəvi dəyərlərinə bağlı gənclərin yetişdirilməsində yaxından əməyi olan dəyərli böyüyümüz, könül…
Davamını oxu...

Zəfərin Mübarək Azərbaycan!

Həsrətimiz vüsala döndü... Bu qədər illər sonra həsrətimizi dindirən, Qarabağ torpaqlarımıza olan hicranımızı vüsala çevirən və bu mübarək zəfəri lütf edən Rəbbimizə sonsuz şükürlər olsun. Azərbaycanın şücaətli Dövlət Rəhbəri cənab…
Davamını oxu...

Ehtiyac Sahibi Ailələr Ünvanlarında Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə Millət vəkili Ülviyə Ağayeva ilə birlikdə Ağstafa rayonu, Köçəsgər kəndində yaşayan Misirov Səfər Yusif oğlunu və Tovuz…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhlarını bir dəqiqəlik sukutla açıq elan edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin istiqlal marşı səsləndirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib və bayraq sevgisinin əhəmiyyətindən danışıb. Yetişməkdə olan gənc nəslin vətəninə, millətinə və torpağına bağlılığının əhəmiyyətini vurğulayıb. Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazırdır deyib. Natiq öz çıxışını “torpaq əgər uğrunda ölən varsa vətəndir” ifadələri ilə bitirib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov öz çıxışında dövlət bayrağı ən böyük mənəvi dəyər, müstəqilliyimizin, Azərbaycançılığımızın rəmzidir deyib. O, məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, bayraq gününün əhəmiyyəti hər birimiz üçün hiss edilməlidir, bu müsabiqədə iştirak edən məktəblilərin hər birisi qalibdir və bu kimi müsabiqələr məktəblilərin intellektual səviyyələrinin artırılmasına xidmət edir və gələcəkdə elmli gənclərin fomalaşmasına zəmin yaradır deyib.

Bakı Yunus Əmrə İnistitunun rəhbəri Cihan özdemir ümumilikdə türk xalqlarının bayrağa olan hörmət və müsbət münasibətindən danışıb. O qeyd edib ki, dünyanın fərqli bölgələrində bayrağa qarşı hörmətsizlik və yüngül münasibət görmək mümkündür ancaq bunu hər hansı bir türk qanı daşıyan fərddən və onun təmsil etdiyi dövlətdən gürmək mümkün deyil.   

Azərbaycan Gənclər Fondunun rəsmisi Seymur Hüseynov da çıxış edərək gəncliyin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən və təmsil etdiyi qurumun gənclər üçün təqdim etdiyi imkanlardan danışıb.

Tədbirdə çıxış edən məşhur şair Vahid Əziz də gənclərə və müsabiqə iştirakçılarına ağsaqqal nəsihəti verib və şəxsiyyətli bir fərd olaraq yetişmələrini tövsiyə edib.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. Müsabiqətə qalib olan və fərqlənmiş iştirakçılara Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfindən müvafiq dərəcəli diplomları, xatirə hədiyyələri və pul mükafatı təqdim olunub.