Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun ‎Prezidenti Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək müasir və ‎müstəqil Azərbaycan dövlətinin və…
Davamını oxu...

Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin Anım Mərasimi ‎Keçirilib

Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin Anım Mərasimi ‎Keçirilib Bu gün Gəncliyə Yardım Fondunun şəhid Ömər Halis Dəmir adına konfrans zalında Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyev anım mərasimi…
Davamını oxu...

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İllik Hesabatı Tədbiri ‎Keçirilib

10.12.2018-ci il tarxində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin illik hesabat tədbiri keçirilib. Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilərək  Azərbaycan…
Davamını oxu...

Xalq Artisti Alim Qasımov GYF-də İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımovanın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına…
Davamını oxu...

GYF Rəhbərliyi Türkiyədə Təhsil Alan Azərbaycanlı Məzunların ‎Görüşündə İştirak Edib

Noyabrın 14-də Türkiyənin Azərbaycandakı səfirliyinin, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin təşkilatçılığı ilə qardaş ölkədə təhsil alan azərbaycanlı məzunların görüşü keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müxtəlif ali məktəblərinin rektorları, azərbaycanlı və türkiyəli iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, QHT-lərin təmsilçiləri və Gəncliyə Yardım Fondunun idarə heyəti iştirak ediblər.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

İdarənin sədri Abdulla Eren tədbirdə çıxış edərək bildirib ki, qurumun fəaliyyətinin əsas məqsədi Türkiyənin ali təhsil müəssisələrindən məzun olmuş gənclər, o cümlədən Azərbaycan vətəndaşları arasında əməkdaşlığı inkişaf etdirməkdir. Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyətin həyatında fəal iştirak edərək Azərbaycanın inkişafına töhfə verməyə çalışır. Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi də bu məsələdə məzunlara dəstək olmağa çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Məhz Azərbaycan Prezidentinin bu diqqət və qayğısının nəticəsidir ki, gənclərimizin xarici ölkələrdə təhsil almaları ilə bağlı mühüm Dövlət proqramları qəbul edilir və uğurla reallaşdırılır. Türkiyə universitetlərindən məzun olmuş minlərlə gənc bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin başçısının yürütdüyü siyasəti dəstəkləyir. Bu gün hər birimiz torpaqlarımızı işğaldan azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. İnanırıq ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.

Şura sədri bildirib ki, 1992-1993-cü tədris ilindən başlayaraq, həyata keçirilən “Böyük tələbə layihəsi” türkdilli xalqlar, o cümlədən Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsinə mühüm töhfə verib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ölkəsinin qardaş Azərbaycana müstəqilliyinin bərpasından sonra müxtəlif sahələrdə fəal dəstək göstərdiyini bildirib. Diplomat bu dövrdə yüz minlərlə azərbaycanlı gəncin Türkiyənin müxtəlif ali məktəblərində təhsil alması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, bu gün 125 min gənc Türkiyə universitetlərinin məzunlarıdır. Türkiyədə təhsil almış gənclər xalqlarımız və ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verirlər.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamlarını məmnunluqla xatırladaraq ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan qədim dostluq və qardaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini bildirib. O deyib ki, iki ölkə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək. Bu əlaqələr Azərbaycanın və Türkiyənin regionda və dünyada böyük gücə çevrilməsinə səbəb olacaq. Bu işdə gənclərin böyük rol oynadığını deyən nazir bunun siyasi, iqtisadi və hərbi sahədə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra azərbaycanlı gənclərin Türkiyədə təhsil almalarına dair videoçarx nümayiş olunub.

Sonda yüksək fəallıqları ilə seçilən məzunların bir qrupuna mükafatlar təqdim edilib.