Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə…
Davamını oxu...

Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin  nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait…
Davamını oxu...

GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin  yaranması gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və…
Davamını oxu...

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

Suriya Türkmənlərinin Tanınmış Sənətçisi Adil Şanla görüşdə GYF ‎Nümayəndələri İştirak Edib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Aradırmalar İctimai Birliyinin dəvətilə və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində Suriya türkmənlərinin tanınmış sənətçisi, araşdırmaçı-yazarı, "Türkvizyon"un qalibi, “Diriliş Ərtoğrul” serialının aktyoru Adil Şanla görüş və onun kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və Fondun Mətbuat şöbəsinin müdiri Eldar Kərimov da iştirak edib.

Tədbirin aparıcısı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı çıxış edərək bildirib ki, bu təqdimatda iştirak edən millət vəkillərini, media nümayəndələrini, vətəndaş cəmiyyəti fəallarını bir ortaq dəyər birləşdirir ki, bu da türk dünyasının uğurları, problemləri və bundan sonra görüləcək işlərin aktuallığıdır.

Tədbirdə iştirak edən millət vəkilləri, Həmvətənlərə dəstək ictimai birliyinin üzvləri, şəhid ailələri, vətən yolunda itirmiş sağlamlıqlarını itirmiş qazilərimizin və qazilərdən ibarət futbol komandasının nümayəndələrinin Adil Şanla görüşdə iştirakı türk dünyasının problemlərinin də ortaq olmasının, Azərbaycan ictimaiyyətinin Suriyadakı həmvətənlərimizə dəstəyin ifadəsidir.

Tədbirdə qeyd edilib ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ortaq dəyər və maraqlarımızı, gələcəyə türk dünyasına olan baxışımızı unutmamalıyıq. Böyük bir coğrafiyanı əhatə edən türk dünyasında mövcud olan problemlərin əksəriyyəti eyni xarakterlidir. Odur ki, onların bir daha təkrara olunmaması və qarşısının alınması üçün türk xalqları arasında həmrəyliyin daha da güclənməsi vacibdir.