Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

GYF-nin Yay Kurslarında Maraqlı Proqramlar Davam Edir

Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr…
Davamını oxu...

"Türk milləti olaraq birlikdə güclüyük" - Bakıda 15 iyul hadisəsi anıldı

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında…
Davamını oxu...

GYF-də Xeyriyyəçilik Ənənəsi Sərhəd Tanımır

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu, Həmzəli kəndində yaşayan və əlillliyi olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 53…
Davamını oxu...

GYF-də Mərkəzi İnsan Modeli (MİM) Seminarı Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Türkiyə Cümhuriyyəti Səbahəttin Zaim Universitetinin Psixologiya kafedrasının müdiri Dr. Turqay Şirinin “Mərkəzi İnsan Modeli” adlı seminarı baş tutub. Seminarda Gəncliyə Yardım Fondunun rəhbər işçiləri və məsul əməkdaşları iştirak edib.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim müasir dünyada kamil insan modelinin əhəmiyyətindən bəhs edib və Dr. Turqay Şirinin bu sahədə apardığı geniş araşdırmaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra çıxış edən Dr. Turqay Şirin ilk olaraq Azərbaycanda olduğu üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib. O qeyd edib ki, müasir dünyada, xüsusilə avropada inkişaf etmiş  tək tərəfli fərdi inkişaf metodlarının fərdlər üçün müəyyən dərəcədə faydaları olsa da, ümumi cəmiyyət üçün heç bir faydası olmamışdır. Bunun üçün əcdadlarımızın toplumun inkişafında istifadə etdikləri metodları dərindən öyrənməli və öz həyatımıza tətbiq etməliyik. Bu sahədə bir çox maraqlı məlumatları seminar iştirakçılarına çatdıran natiq, istər keçmişdə, istərsə də modern dünyada insan tanıma metodu kimi istifadə edilən Enneagram haqqında da fikirlərə xüsusi yer ayırıb.

Maraqlı seminarın sonunda qonağa təşəkkür edilib və iştirakçıların sualları cavablandırılıb.