Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun ‎Prezidenti Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək müasir və ‎müstəqil Azərbaycan dövlətinin və…
Davamını oxu...

Tahir İmanov GYF-də Gənclərlə Görüşdü

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində  Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. ‎Tədbirdə Gəncliyə…
Davamını oxu...

Əngəlləri Birlikdə Aşırıq

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağstafa rayonu, Həsənsu kəndində yaşayan və əlillliyi olan 32 yaşlı Əsgərov Anar Əli  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 32…
Davamını oxu...

GYF- də Xeyriyyə Layihəsinin Təqdimatı Keçirildi

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid…
Davamını oxu...

Prezident İlham Əliyevin doğum günüdür

Dövlət başçısı İlham Əliyevin 57 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-da müəllim işləyib.

 Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilib.

Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı var.

Gəncliyə Yardım Fondunun bütün kollektivi Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır.