Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

GYF-nin Yay Kurslarında Maraqlı Proqramlar Davam Edir

Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr…
Davamını oxu...

"Türk milləti olaraq birlikdə güclüyük" - Bakıda 15 iyul hadisəsi anıldı

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında…
Davamını oxu...

GYF-də Xeyriyyəçilik Ənənəsi Sərhəd Tanımır

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu, Həmzəli kəndində yaşayan və əlillliyi olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 53…
Davamını oxu...

GYF-Nümayəndələri Türkiyəli Deputatla Görüşdə İştirak Edib

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın da iştirak etdiyi mərasimdə Türkiyə Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma «Əbədi lider» Qızıl Döş nişanı təqdim olunub.

DAMM-nin və İNK-nin Baş ofisində Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri sayın Erkan Özoral, Gəncliyə Yardım Fondunun nümayəndələri, tanınmış iş adamları, ziyalılar, mədəniyyət xadimləri, jurnalistlər iştirak edib.

Tədbiri giriş nitqi ilə başlayan DAMM-nin 1-ci vitse-Prezidenti, İNK-nin sədri Rasim Məmmədov Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndiriləndən sonra tədbirin mahiyyəti barədə qonaqlara ətraflı məlumat verib. O, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma və onu müşaiyət edən Türkiyəli qonaqlara DAMM və İNK-nin keçdiyi yol, indiyədək həyata keçirilən möhtəşəm tədbirləri barədə ətraflı məlumat verib. O, Türkiyənin Azərbaycandakı səfiri sayın Erkan Özoralın və Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrımın tədbirdə iştirakını yüksək qiymətləndirib. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım hər iki qardaş ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə DAMM-nin təsis etdiyi «Əbədi lider» Qızıl döş nişanı ilə təltif olunub. Həmçinin musiqimizə və mədəniyyətimizə verdiyi töhfələrinə görə tanınmış dirijor Əyyub Quliyev də DAMM-nin təsis etdiyi "Əbədi lider" Qızıl Döş nişanına layib görülüb.

Tədbirin sonunda vətənpərvərlik musiqiləri səslənib və qonaqla xatirə şəkili çəkilib.