Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

GYF-nin Yay Kurslarında Maraqlı Proqramlar Davam Edir

Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr…
Davamını oxu...

"Türk milləti olaraq birlikdə güclüyük" - Bakıda 15 iyul hadisəsi anıldı

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında…
Davamını oxu...

GYF-də Xeyriyyəçilik Ənənəsi Sərhəd Tanımır

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu, Həmzəli kəndində yaşayan və əlillliyi olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 53…
Davamını oxu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. Tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq tutan rəsm sərgisi ilə tanış olublar. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunu  bir dəqiqəlik sükutla yad edilərək və iki qardaş dövlətin himn və istiqlal marşlarının səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn günü deyil, həm də şərəf günü olduğunu vurğulayaraq bu şərəfi yaşayan şəhidlərə rəhmət, ailələrinə səbr diləyib. 

Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev isə çıxışında bu günədək 20 Yanvar cinayətini törədənlərin beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmadığına görə təəssüfləndiyini bildirib.

Daha sonar çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günümüzü, gələcəyimizi şəhidlərə borclu olduğumuzu vurğulayıb və 20 yanvar faciəsinin içimizdəki müstəqillik düşüncəsini alovlandırdığını deyib.

Tədbirin çıxış edən Millət Vəkili Fazil Mustafa da 20 Yanvar hadisələrinin  Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib.

Millət Vəkili Qənirə Paşayevə çıxış edərək 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından önəmini vurğulayıb, gənclərin 20 Yanvar faciəsinin dünyaya tanıdılması istiqamətində daha səylə çalışmalı olduqlarını deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərli də 20 yanvar hadisələri zamanı Ümummilli Lider Heydər Əliyevin o zamankı sovet hakimiyyətinin qarşısında mətin duruşu, qəti etirazı  və  Azərbaycanın inkişafı istiqamətində gördüyü işlər haqqında danışıb.

"20 Yanvar" İctimai Birliyinin sədri Sultan Əzimzadə həmin gecə vətənimizin müstəqilliyi uğurunda həyatlarını qurban verən vətən övladlarının valideyinlərinə belə övladlar yetişdirdiyi üçün təşəkkürünü bildirib.

Ənənəyə sadiq qalaraq bu il də Gəncliyə Yardım Fondu əvvəlcədən “20 Yanvar” İctimai Birliyi tərəfindən təqdim olunmuş siyahılara əsasən 180 şəhid və əlil ailəsinə ərzaq-qida yardımı paylayıb.