Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Həmrəylik Günü ilə Əlaqədar Şəhid Ailələri və Uşaq Evləri Ziyarət Edildi

Gəncliyə Yardım Fondu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik Günü münsaibəti ilə  II Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəman övladlarımızn ailələrini ziyarət edib. Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin…
Davamını oxu...

GYF Şəhid Övladının Ehtiyacını Qarşıladı

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Məmmədov İbrahim Nadir oğlunun ailəsini ziyarət edib. Hal-hazırda Goranboy rayonu Rəhimli kəndində yaşayan ailənin övladı Məmmədzadə Əli İbrahim serebral…
Davamını oxu...

Vətən Müharibəsi Qazisi Evində Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti II Qarabağ müharibəsi qazisi Ələkbərli Qurban Nərman oğlunu hazırda yaşadığı ünvanda ziyarət edib.‎ Qeyd edək ki, Qurban Ələkbərli Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək qəlpə…
Davamını oxu...

Göyçayda Şəhid Ailələri Ziyarət Edilib

Gəncliyə Yardım Fondunun nümyəndələri Göyçaydan olan şəhidlərimizin ailələrini ziyarət edib. Şəhid yaxınları ilə görüşən Fond nümayəndələri vətənimizin azdalığı uğrunda canlarından keçən vətən övladlarına hər birimizin borclu olduğunu qeyd ediblər. Qürur…
Davamını oxu...

‎“2 Fevral Gənclər Günü” Münasibəti ilə Gənc Hərbçilərlə Görüş Keçirilib

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə görüş keçirilib.

2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gəncliyə Yardım Fondunun nümayəndələri, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, və musiqiçilər iştirak ediblər.

 Görüş ön xətdə düşmənlə üz-üzə dayanan və torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb.

Əvvəlcə tədbir iştirakçıları 2016-cı ililn aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra onlar hərbi hissədə əsgər, gizir və zabitlərlə görüşüb. Qeyd edilib ki, güclü maddi-texniki bazası, silah-sursat təchizatı, yüksək döyüş ruhu olan Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməndən üstündür və hər an Ali Baş Komandanın döyüş əmrini yerinə yetirərək zəfər qazanmağa qadirdir. Aprel döyüşlərindəki qələbəsi ilə ordumuz bunu bütün dünyaya nümayiş etdirib.

Gənclər və İdman Nazirliyi və Gəncliyə Yardım Fondu tərəfindən hazırlanmış sovqat və hədiyyələr hərbi hissənin şəxsi heyətinə təqdim olunub.

Hərbi hissənin komandanlığı nazirliyin təşəbbüsünü və şəxsi heyət üçün gətirilmiş sovqatı yüksək qiymətləndirib, Gənclər Günü ərəfəsində bu görüşün gənc əsgərlərin döyüş ruhunu daha artırdığını bildirib.

Görüşdə Gənclər və İdman Naziriliyinin Sektor müdiri Elşən Hüseynov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev  çıxış edərək Azərbaycan ordusunun qüdrətindən və dövlət rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğısından danışıblar. Daha sonra qonaqlar musiqiçilərin ifalarını dinləyiblər.

Tədbir iştirakçıları belə görüşlərin bir gün Qarabağda, işğaldan azad ediləcək yurd yerlərində keçiriləcəyinə əmin olduqlarını bildiriblər.