Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə…
Davamını oxu...

Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin  nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait…
Davamını oxu...

GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin  yaranması gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və…
Davamını oxu...

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

‎“Ürək Daşı”nın İlk İmza Günü Keçirilib‎

Fevralın 9-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış şair-publisist Əkbər Qoşalının "Ürək daşı" şeirlər kitabının “İmza günü” keçirilib.

Tədbirin aparıcısı və “ZirvəKitab” layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar “İmza günü”ndə millət vəkilləri, elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, qeyri-hökumət təşkilatları təmsilçilərinin və fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.

“Ürək daşı”nın redaktoru, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr.Almaz Ülvi, kitabın önsöz müəllifi, Əli Kərim adına Poeziya Klubunun direktoru, görkəmli şair İbrahim İlyaslı, millət vəkilləri – dos.dr. Qənirə Paşayeva, prof.dr. Jalə Əliyeva, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmir, GYF-nin prezidenti Əhməd Tecim, Atatürk Mərkəzinin müdir müavini Osman Ənvəroğlu, tanınmış ədəbiyyatşünas prof.dr.Rüstəm Kamal, Xalq artisti Eldost Bayram, “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, Əkbər Qoşalının orta məktəb müəllimi Rita Novruzova, tanınmış alim dos.dr. Teymur Zeynalov “Ürək daşı” və “Ürək daşı”nın müəllifi haqqında ürək sözlərini bölüşüblər.

Çıxışlarda bidirilib ki, əslində bu gün Əkbər Qoşalının şeir hesabatı günüdür. Çıxışçılar Əkbər Qoşalının şair, publisist, türkoloq və ictimai xadim kimliyinin məziyyətləri barədə fikirlərini bölüşüb. 12 illik fasilədən sonra, 45 yaşında ikinci şeirlər kitabı ilə oxucuların görüşünə gələn müəllifin bu hərəkətini onun sözə yüksək məsuliyyətlə yanaşması, fəal ictimai çalışmaları ilə bağlayan çıxışçılar, onu ideyalı yazar olaraq xarakterizə ediblər; Altaylardan ta Balkanlara qədər tanınan bir imza sahibi olan Əkbər Qoşalının şəxsi əlaqələrini öz şeirlər kitabına deyil, yeni nəsil Azərbaycan və ümumtürk ədəbiyyatının təbliğinə, ümumən türk dünyasında ədəbi əlaqələrin güclənməsinə həsr etdiyi vurğulanıb.

Əkbər Qoşalı “İmza günü”nün iştirakçılarına təşəkkür edib, öz yeni şeirlərini oxuyub.

Gənc müğənni Coşğun Viləş, gənc aşıqlar – Əli Kəlbəcərli, Xavər Hüseyinli, Xətai Kərim və Cavanşir Ənvəroğlu “İmza günü”ndə öz musiqi töhfələri ilə çıxış edib, Əkbər Qoşalının şeirlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.

Sonda, müəllif “Ürək daşı”nı oxucular üçün imzalayıb.

“Ürək daşı”nın Azərbaycan Yazıçılar Birliyində, “Zirvə” Tədris Mərkəzində, habelə Tovuzda da “İmza günü”nün keçirilməsi nəzərdə tutulub.