Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Şəhid Ailələrinə Yardımlara Başladı

Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid…
Davamını oxu...

Dəyərli Könül İnsanımızı İtirdik

Uzun illər Gəncliyə Yardım Fondunun təhsil koordinatoru vəzifəsində çalışıb öz dərin elmi biliyi və mənəvi dünyasının zənginliyi ilə Azərbaycanda milli-mənəvi dəyərlərinə bağlı gənclərin yetişdirilməsində yaxından əməyi olan dəyərli böyüyümüz, könül…
Davamını oxu...

Zəfərin Mübarək Azərbaycan!

Həsrətimiz vüsala döndü... Bu qədər illər sonra həsrətimizi dindirən, Qarabağ torpaqlarımıza olan hicranımızı vüsala çevirən və bu mübarək zəfəri lütf edən Rəbbimizə sonsuz şükürlər olsun. Azərbaycanın şücaətli Dövlət Rəhbəri cənab…
Davamını oxu...

Ehtiyac Sahibi Ailələr Ünvanlarında Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə Millət vəkili Ülviyə Ağayeva ilə birlikdə Ağstafa rayonu, Köçəsgər kəndində yaşayan Misirov Səfər Yusif oğlunu və Tovuz…
Davamını oxu...

GYF-də Gənc Ailələr Üçün Maraqlı Seminar Keçirilib

“Gül” Körpələr Evi və Uşaq Bağçasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Uşaq tərbiyəsində ideal ata-ana olmaq” mövzusunda maarifləndirici seminar keçirilib.  Uşaq sahibi olan valideyinlər və uşaqlarla işləyən mütəxəssislər üçün nəzərdə tutulmuş seminar Vizyon fərdi inkişaf mərkəzinin direktoru, beynəlxalq dərəcəli sertifikatlara sahib olan ailə danışmanı və təlimçi Abdulla Teyubovun təqdimatında baş tutub.

Təlimçi Abdulla Teyubov tədbir iştirakçılarına qadın-kişi münasibətlərinin tənzim edilməsi, valideyin davranışının uşaq davranışına təsiri, nənə-baba kimi ailə böyüklərinin uşaqların tərbiyəsində oynadığı rol, uşaqlarla düzgün münasibət qurma metoodları haqqında geniş və maraqlı məlumatlar verib.

Daha sonra seminar iştirakçıları üzərində parktiki testlər aparılıb və mövzuyla balğı verilən suallar cavablandırılıb.