02.03.19 14:08 ərzində olan dəyişikliklər Yazan Administrator 02.03.19 14:00
Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində MUSİAD Azərbaycan təmsilçisi Muterem Özün “Düzgün idarəetmə, düzgün insanlıqdan başlayır” adlı seminarı keçirilib. Seminarda Gəncliyə Yardım Fondunun müəllim heyəti, Bakı Gənlik Akademiyasının tələbələri iştirak ediblər.
Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov seminarı açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.
Daha sonra Muhterem Öz seminar iştirakçılarına idarəçilik barəsində və ən yaxşı idarəçilik insan olmaqdan başlayır mövzusunda danışıb. Seminarda Muhterem Öz müsəlmanların dunya iqtisadiyyatı, dünya idarəçiliyində yerindən bəhs edib. Muhterem Öz bir idarəçi üçün insanın ən təməlində başqa insanlara qarşı ədalət, mərhəmət, xoş rəftar, səbirli və təvazökar olmaq duyğularının olması haqqında ətraflı danışıb. Hər bir fərdin davamlı oxumağı, araşdırmağı, insanlara qarşı ədalətli, səbirli olmağı, qarşındakı insanlarla empati qurub özünü onun yerinə qoyaraq həqiqi insan olmağı seminar iştirakçılarına tövsiyyə edib. İnsanları dinləyib anlamağı, anladığını isə daha yaxşı araşdırmağı deyən Muhterem Öz sonda seminar iştiarkçılarının suallarını cavablandırıb və daha sonra xatirə şəkli çəkilib.