Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF Nümayəndələri “Zülmətdən Doğan İşıq” Filminin Təqdimatında İştirak Edib

Bakı Yunus Emre İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) təşkilati dəstəyi ilə 12 mart tarixində Bakı Yunus Emre İnstitutunda ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən bu il Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinin tamam olması münasibətilə istehsal olunan “Zülmətdən doğan işıq” adlı bədii-sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində Gəncliyə Yardım Fondunun əməkdaşları da iştirak edib.

Filmdə C.Cabbarlının Rusiya İmperasiyasında və sovet dönəmində Azərbaycan Cümhuriyyətində ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur. Film əsasən ədibin Cümhuriyyət dönəmində və sonrakı siyasi fəaliyyəti üzərində qurulub.

Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadədir. Filmdə Cəfər Cabbarlı obrazını aktyor Şəmistan Süleymanlı canlandırır.