Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF– də “Vətənpərvərlik Ruhu və Çanaqqala” Adlı Tədbir Keçirilidi. ‎

Bugün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlunun “Vətənpərvərlik ruhu və Çanaqqale” adlı tədbiri baş tutub. Tədbirdə TİKA kordinatoru Teoman Tiryaki, Eğitim müşaviri Mahmud Ağırman, Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim , Gəncliyə Yardım Fondunun müəllim heyəti və Bakı Gənlik Akademiyasının tələbələri iştirak ediblər.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov Azərbaycan Respublikası dövlət himni və Türkiyə İstiqlal marşı səsləndikdən sonra tədbiri açıq elan edib.

Tədbirdə ilk öncə Çanaqqala haqqında hazırlanmış qısa metrajlı videorolik nümayiş olunub.

Daha sonra Teoman Tirayki və Mahmud Ağırman çıxış edərək Çanakqala haqqında öz fikirlərini tədbir iştiarkçılarına söyləyib.  Daha sonra Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlu tədbir iştirakçılarına Çanaqqala barəsində geniş məlumat verərək  tarixi fakt və həqiqətlərdən, Çanaqqala şəhidlərinin şücaətlərindən bəhs edib. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim çıxış edərək Çanakqala haqqında öz fikirlərini bildirib. Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Muhammed Bilal Diler tərəfindən Mehmet Akif Ersoyun “Çanaqqala” şeiri səsləndirilib.

Daha sonra Turkiyə Mədəniyyət Universitetindən gələn müəllim və tələbələrinin ifasında vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.   

Sonda isə tədbir iştirakçıları olan gənclər Şəhidlər Xiyabanı və Türk Şəhidliyni ziyarət ediblər