Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-Rəhbərliyi Bakının Azad Edilməsinin 101-ci İldönümü Münasibəti Təşkil Edilən Yürüşdə İştirak Edib

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib. Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycan Respublikasının…
Davamını oxu...

Türkiyədən Gələn Qazilər GYF-nin Qonağı Olub

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin dəvəti ilə Türkiyə Əməkli Subaylar Dərnəyinin, Türkiyə Müharib Qazilər Dərnəyinin, Türkiye Harp Malülü Gaziler ve Şehit Yakınları…
Davamını oxu...

GYF-də Ali Məktəblərə Qəbul Olunmuş Xocalı Məktəbliləri İlə Görüş Keçirilib

Əsas fəaliyyət sahələrindən biri təhsilə dəstək olan Gəncliyə Yardım Fondu hər il olduğu kimi bu ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələri unutmadı. Xocalı məktəblərində oxuyub yüksək balla ali…
Davamını oxu...

GYF-Nümayəndələri “Xocalılı Ləfixanım” Sənədli Filminin Təqdimatında İştirak Edib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Xocalılı Ləfixanım” adlı sənədli filmin təqdimatı keçirilib. Film  “Əlil qadınlar” Cəmiyyətinin layihəsi əsasında  Azərbaycan  Respublikası Prezidentinin QHT-na dövlət dəstəyi şurasının maliyyə yardımı ilə ərsəyə gəlib.…
Davamını oxu...

TUDİFAK-ın dekanı Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin dekanı Prof. Dr. Hayati Beşirli Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin dekanı Prof. Dr. Hayati Beşirli də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlarla xatirə fotoları çəkilib.‎