Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF-də “Torpaq Uğrunda Ölən Varsa Vətəndir” Adlı Rəsm Sərgisi Açılıb

Gəncliyə Yardım Fondunda (GYF) “Torpaq uğrunda ölən varsa vətəndir” adlı rəsm ‎əsərlərindən ibarət sərgi açılıb. Rəsmlər Qarabağa, Aprel döyüşlərinə həsr olunub.‎

Tədbir Gəncliyə Yardım Fondu, Azərbaycan Rəssamlar İttifaqı və “Tərxis Olunmuş Hərbçilərin ‎Gəncləri Maarifləndirmə” İctimai Birliyinin (İB) dəstəyi ilə keçirilib.‎

Əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ‎edilib.‎

İB-nin sədri Emin Həsənli tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Üç il bundan əvvəl baş ‎verən Aprel döyüşləri sübut etdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Azərbaycanda ‎yeni nəsil yetişib və düşmən tapdağı altında olan torpaqlarımızı tezliklə işğaldan azad edəcək. Biz belə ‎sərgiləri mütləq Xocalıda, Şuşada, Xankəndində və digər işğal olunmuş ərazilərimizdə keçirəcəyik”.‎

Sərginin çox önəmli olduğunu söyləyən GYF-nin prezidenti Ahmet Tecim bildirib ki, bu gün ‎həm də 31 mart şəhidlərimizi yad edirik. Aprel hadisələri bir daha onu göstərdi ki, Azərbaycan ordusu ‎istənilən vaxt öz torpaqlarını işğaldan azad etməyə qadirdir. İnanırıq ki, ürəyində vətən sevgisi, torpaq ‎sevgisi olan gənclər Qarabağda üç rəngli bayrağımızı dalğalandıracaqlar.‎

Sonra sərgiyə baxış olub.‎

Sərgidə Qarabağ qazisi, rəssam Əliyusif Pənahovun rəsmləri diqqəti daha çox cəlb edib. Onun ‎‎“Çingiz Mustafayev” və “Zəhra” əsərləri hər bir iştirakçını bu rəsmlərin önündə ayaq saxlamağa vadar ‎edib.‎

Qeyd edək ki, tədbirdə 50 rəssamın təsviri sənətin müxtəlif növlərini əhatə edən 100-ə yaxın əsəri ‎nümayiş olunub.‎

Sonda sərgidə əsərləri nümayiş olunan rəssamlara təşkilatçılar tərəfindən diplomlar təqdim ‎edilib.