Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun ‎Prezidenti Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək müasir və ‎müstəqil Azərbaycan dövlətinin və…
Davamını oxu...

Tahir İmanov GYF-də Gənclərlə Görüşdü

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində  Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. ‎Tədbirdə Gəncliyə…
Davamını oxu...

Əngəlləri Birlikdə Aşırıq

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağstafa rayonu, Həsənsu kəndində yaşayan və əlillliyi olan 32 yaşlı Əsgərov Anar Əli  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 32…
Davamını oxu...

GYF- də Xeyriyyə Layihəsinin Təqdimatı Keçirildi

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid…
Davamını oxu...

20 Yanvar şəhid ailələri ilə görüş keçirildi

   Gəncliyə Yardım Fondunda 20 Yanvar şəhid ailələri ilə görüş keçirildi.

   18.01.2012-ci il tarixində Gəncliyə Yardım Fondunda (GYF) 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində 20 Yanvar şəhidlərinin və əlillərinin ailələri ilə görüş keçirilmişdir.

   Tədbirin təşkilatçıları Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi”nin Azərbaycan nümayəndəliyi, 20 Yanvar Fondu və GYF-dir.

   Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmiş, 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

   Tədbirdə Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi”nin Azərbaycan nümayəndəliyinin sədri Sedat Demir, Nazirlər Kabinetinin nümayəndəsi Məhəmməd Məhərrəmov, Milli Məclisin deputatları Sevinc Hüseynova və Etibar Hüseynov, 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə, 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə çıxış etmişlər.

   20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrdən biri olduğunu xatırladan natiqlər 22 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən danışmışlar. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə geçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar.

   Diqqətə çatdırılmışdır ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmışdır.

   Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlığı xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.

   Görüşün sonunda 180 şəhid və əlil ailəsinə ərzaq bağlaması paylanılmışdır.

 

images/stories/yanvar2.jpg

images/stories/yanvar3.jpg

font-family:trebuchet ms,helvetica,sans-serif;

AZ-LATIN

span style=