Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” Adlı Seminar Keçirilib

16 iyun 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Türk İslam…
Davamını oxu...

Gənclər Zərərli Vərdişlərər Qarşı

01-09 mart 2019-cu il tarixlərində dünyanın bir necə ölkəsində Zərərli Vərdişlərə Qarşı Türkiyə Cümhuriyyətinin Yeşilay Federasyonu tərəfindən “Yaşılay həftəsi” keçirildi. Həmin silsiləli təbdirlərdən bir necəsi də ölkəmizdə keçirilmişdir. Beləki Gəncliyə…
Davamını oxu...

Xocallı Məktəbliləri Təltif Edildi

Gəncliyə Yardım Fondu Goranboy rayonunda yerləşən Xocalı şəhəri 1 saylı tam orta məktəbin, bu ilki qəbul və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş 5 şagirdə təşəkkürnamə və pul mükafatı verib.…
Davamını oxu...

GYF SOS Uşaq Kəndlərində Xeyriyyə Tədbiri Keçirib

SOS Uşaq Kəndləri Gəncə Filialının ehtiyacvına uyğun olaraq Gəncliyə Yardım Fondu SOS Uşaq Kəndləri Gəncə Fillialında yaşayan 19 nəfər uşağı sünnət etdirib. 31 may tarxində baş tutan xeyriyyə tədbirindən sonra…
Davamını oxu...

GYF-də “Zəfər Anı” Qeyd Edildi ‎

10 aprel tarixində Gəncliyə Yardım Fondunda müxtəlif‎ universitetlərdə təhsil alan istedadlı gənclərin, o cümlədən Bakı İstedadlı Gənclər Akademiyasının tələbələrinin “Aprel Döyüşləri” qaziləri ilə görüşləri baş tutub. “Zəfər Anı” adı altında baş tutan görüşdə Aprel qaziləri Loğman Məmmədov, Ağasəmi Şahgəldiyev və Anar Məmmədov, tələbələr və müəllim heyəti iştirak edib.

Tədbir Azərbaycanın Respublikasının dövlət himni ilə açıq elan edildikdən sonra vətən uğrunda canlarını fəda edən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Fondun təhsil şöbəsinin əməkdaşı Şahalı Cəlilov tələbələrə Aprel döyüşləri və Aprel qaziləri haqqında geniş məlumat verib.

Daha sonra Aprel qaziləri şahidi olduqları döyüşlər haqqında danışıblar. Böyük zəfərin başlanğıcı adlanan döyşlərdə iştirak etmiş qazilər gənclərin vətənə, orduya necə yardım etməli olduqlarından, gənclərin üzərindəki vətən məhsuliyyətindən danışıblar. Gənclərin elmli olmaları, tariximizi unutmamağı, Azərbaycanda və xaricdə tariximizi təbliğ etməyi, vətənlərini sevməyi gənclərin ən böyük vəzifəsi və orduya ən böyük dəstəyi olduğunu söyləyiblər

Daha sonra gənclərin sualları Qazilər tərəfindən cavablandırılıb.

Sonda Aprel qazilərinə Gənclərə Yadım Fondu tərəfindən hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.