Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

GYF-nin Yay Kurslarında Maraqlı Proqramlar Davam Edir

Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr…
Davamını oxu...

"Türk milləti olaraq birlikdə güclüyük" - Bakıda 15 iyul hadisəsi anıldı

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında…
Davamını oxu...

GYF-də Xeyriyyəçilik Ənənəsi Sərhəd Tanımır

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu, Həmzəli kəndində yaşayan və əlillliyi olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 53…
Davamını oxu...

UDEF Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün Azərbaycanda işgüzar səfərdə olan UDEF – Beynəlxalq Tələbə Dərnəkləri Federasiyasının nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

UDEF – Beynəlxalq Tələbə Dərnəkləri Federasiyasından Mücahit Süzerin rəhbərlik etdiyi nümayəndə heyəti  də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.‎