Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF-də “Müasir Tələbə Profili” Adlı Seminar Keçirilib‎

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım ‎Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Gəncliyə Yardım Fondu təhsil şöbəsinin müdiri Dr. Rüfət Şirinovun “Müasir Tələbə Profili” adlı seminarı baş tutub.

Tədbirdə fondun müəllim heyəti və Bakı Gənlik ‎Akademiyasının tələbələri iştirak ediblər.‎

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür ‎Əndəlifov ‎seminarı açıq elan edərək tələbələrə mühazirəçi haqqında məlumat ‎verib.‎

Seminarda Dr. Rüfət Şirinov gənclərə davamlı yeniliklər haqqında düşünməyin əhəmiyyətindən, oxuduqları ‎sahələrdə özlərini daha mükəmməl yetişdirmələrinin vacibliyindən danışıb. Natiq qeyd edib ki, "hakim ‎millətlərlə məhkum millətlər arasında fərq, bir ovuc yetişmiş insandır" düsturunu hər zaman diqqətdə saxlamalıyıq. Bu baxımdan da milli-mənəvi ‎dəyərlərə bağlı yetişən bir gəncliyin dövlət və millət üçün əhəmiyyətli olduğunu qeyd edib. Seminarda ‎gənc kimdir? necə bir gənc olmalı? Kimləri nümunə götürməli? Kimi bir çox mövzulara yadınlıq gəirilib. ‎Daha sonra Dr. Rüfət Şirinov seminar iştirakçılarının suallarını cavablandırıb.‎

 Sonda Bakı İsdedadlı Gənclər Akademiyasının tələbə gəncləri ilə  xatirə şəkli çəkdirilib.