Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu Keçirilib

Simpoziumda Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak edib.

Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumunda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak ediblər.

Simpozimu açıq elan edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, tədbirin bu gün keçirilməsi təsadüfi deyil, çünki sabah 3 May – Türklük günüdür: “Türkiyəmiz başda olmaqla türk dövlətləri çox ağrılı bir dövrdən, qloballaşan dünyada baş verən böyük güclərin iqtisadi savaşları içindən keçir. Kərkük və Qarabağ türk dünyasının açarıdır. Kərkük Azərbaycanın özüdür, bizim səsimizdir”.

İraq Türkmən Cəbhəsinin başqanı, Kərkük millət vəkili Ərşad Salihi bildirib ki, bu gün Bakıda olması türk varlığına mesajdır: “Ümidimiz olan zaman biz əsarəti qəbul edə bilmərik. Bunun üçün də bayrağımız yüksələcək”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral simpoziumun önəmindən danışıb: “Türk dünyası son yüzilliklərdə böyük ağrılar çəkib və bu acılar hələ də davam edir. Bu acılardan ən böyük ikisi bu simpoziumun mövzusunu təşkil edir. Onlardan biri Kərkük, digəri isə Qarabağdır. Bu iki məsələ ürəyimizdə qalmış bir yaradır. Bu yaraları hər zaman xatırlamaq, sağaltmaq üçün nə etməli olduğumuzu anlatmaq, məsələnin türklərin qəlbindəki yara olduğunu bildirmək, bu yaraların nə olduğunu anlatmaq üçün belə tədbirlərin türk dünyasının hər yerində keçirilməsinin vacib olduğunu düşünürük. Çünki biz keçmişdə yaşadıqlarımızı öyrənməsək, unutsaq gələcəyimizə sahib çıxa bilmərik”.

Rəsmi çıxışdan sonra panel iclasları başlayıb. İraq Türkmən Cəbhəsinin başqanı, Kərkük millət vəkili Ərşad Salihi İraq türkmənlərinin mövcud vəziyyəti və gözləntilər, professorlar Kürşad Zorlu və Qəzənfər Paşayev İraqda türkmənlərin demoqrafik vəziyyəti və gözləntiləri mövzularında çıxış ediblər.