Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun ‎Prezidenti Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək müasir və ‎müstəqil Azərbaycan dövlətinin və…
Davamını oxu...

Tahir İmanov GYF-də Gənclərlə Görüşdü

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində  Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. ‎Tədbirdə Gəncliyə…
Davamını oxu...

Əngəlləri Birlikdə Aşırıq

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağstafa rayonu, Həsənsu kəndində yaşayan və əlillliyi olan 32 yaşlı Əsgərov Anar Əli  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 32…
Davamını oxu...

GYF- də Xeyriyyə Layihəsinin Təqdimatı Keçirildi

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid…
Davamını oxu...

GYF-də Universitet Tələbələri Üçün İftar Süfrəsi Açıldı

Gəncliyə Yardım Fondunda Bakı İstedadlı Gənclər Akademiyasının (BİGA) təşkilatçılığı ilə müxtəlif universitetlərdə oxuyan tələbələr üçün  iftar süfrəsi açılıb. Tədbirdə 200-dən artıq tələbə iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun təhsil koordinatoru Rüfət Şirinov tələbə gənclərə fondun fəaliyyətləri haqqında məlumat verib və gənclər üçün yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən fondun icraçı katibi Sedat Demir qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb.

İftar süfrəsində iştirak edən qonaqlar da çıxış edərək fondun Ramazan ayındakı bu kimi xeyriyyə tədbirlərini yüksək qiymətləndirib və tədbir iştirakçılarının timsalında bütün müsəlman aləmini qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.