Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Bayraq Günü Münasibəti İlə GYF-də “Gənclərə Yön Verən Dəyərlərimiz” Adlı Seminar Keçirilib

9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan…
Davamını oxu...

Nəsiminin 650 İlliyinə Həsr Olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib

Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şair və mütəfəkkiri…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Kitablar İşıq Oldu - “Kitabın İşığın Olsun” Layihəsi Reallaşdı

Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq…
Davamını oxu...

GYF Balaca Muradı Muradına çatdırdı

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Sumqayıt şəhəri, 18-ci mikrorayonda yaşayan və əlillliyi olan 9 yaşlı Məmiyev Murad Mehman oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎

Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 9 yaşlı Məmiyev Murad Mehman oğluna  əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Muradın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin ‎dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə ‎zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.‎