Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Gəncə şəhərində yaşayan və əlilliyi olan Əfsanə Qurbanovanı və Vahəddin Əsgərovu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil…
Davamını oxu...

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir.

Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2019-cu ildə fond xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirir.

GYF–nun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Fondun mərkəzində qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanıb. Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi, İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.

Qeyd: Qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz  məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.