Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Böyük Britaniyada Təhsil Alan Tələbə BİGA Akademiyasının Qonağı Olub

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı İstedadlı Gənclər Akademiyası" (BİGA) layihəsi çərçivəsində Böyük Britaniyanın Aberdeen Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Yusif…
Davamını oxu...

GYF-də “Gənclik və Dünyada Könüllülük Fəaliyyəti” Adlı Beynəlxalq Konfrans Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda “Gənclik və Dünyada Könüllülük Fəaliyyəti” ilə bağlı beynəlxalq  tədbir keçirilib. Müxtəlif dövlətlərin könüllülk fəaliyyətində yaxından iştirak edən gənclər öz təcrübələrini bölüşüblər. 
Davamını oxu...

TRT-nin Mütəxəssisi GYF-də Gənclərlə Görüşdü

Fevralın 20-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – (TİKA) və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan "Yeni Media Jurnalistikası" təlimini həyata keçirmək üçün Bakıya gələn…
Davamını oxu...

GYF-nin Xeyriyyə Fəaliyyətləri Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Zaqatala rayonunda yaşayan 1-ci qrup əlil, 64 yaşlı Davudova Rəbiyyət Abdulla qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Davudova Rəbiyyət Abdulla…
Davamını oxu...

GYF-də Ali Məktəblərə Qəbul Olunmuş Xocalı Məktəbliləri İlə Görüş Keçirilib

Əsas fəaliyyət sahələrindən biri təhsilə dəstək olan Gəncliyə Yardım Fondu hər il olduğu kimi bu ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələri unutmadı. Xocalı məktəblərində oxuyub yüksək balla ali məktəblərə qəbuy olunmuş məktəblilər fondun təhsil şöbəsinin rəhbərliyi ilə görüşüb. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri  yazıçı, publisist, müstəqil jurnalist Səriyyə Cəfərovanın təşkilatçılığı ilə baş tutan görüşdə Xocalı rayon icra nümayəndəsi Xəlil Vəliyev və fondun təhsil koordinatoru Rüfət Şirinov çıxış edərək gəncləri ali məktəb imtahanlarında yüksək nəticə göstərdikləri üçün təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Tədbirdə iştirak edən Xocalı sakinləri eyni zamanda ölkə xaricində yüksək təhsil alıb Azərbaycanda fəaliyyət göstərən İqtisad Universitetinin müəllimləri Anar İbrahimov və onun bacısı Nərmin İbrahimova də yeni tələbə adını qazanmış gənclərə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıblar.

Daha sonra qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşüb və onlara fond tərəfindən təxsis edilmiş  təşəkkürnamələr eyni gün Türkiyədən gəlmiş qazilər tərəfindən təqdim edilib.