Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Böyük Britaniyada Təhsil Alan Tələbə BİGA Akademiyasının Qonağı Olub

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı İstedadlı Gənclər Akademiyası" (BİGA) layihəsi çərçivəsində Böyük Britaniyanın Aberdeen Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Yusif…
Davamını oxu...

GYF-də “Gənclik və Dünyada Könüllülük Fəaliyyəti” Adlı Beynəlxalq Konfrans Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda “Gənclik və Dünyada Könüllülük Fəaliyyəti” ilə bağlı beynəlxalq  tədbir keçirilib. Müxtəlif dövlətlərin könüllülk fəaliyyətində yaxından iştirak edən gənclər öz təcrübələrini bölüşüblər. 
Davamını oxu...

TRT-nin Mütəxəssisi GYF-də Gənclərlə Görüşdü

Fevralın 20-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – (TİKA) və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan "Yeni Media Jurnalistikası" təlimini həyata keçirmək üçün Bakıya gələn…
Davamını oxu...

GYF-nin Xeyriyyə Fəaliyyətləri Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Zaqatala rayonunda yaşayan 1-ci qrup əlil, 64 yaşlı Davudova Rəbiyyət Abdulla qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Davudova Rəbiyyət Abdulla…
Davamını oxu...

Türkiyədən Gələn Qazilər GYF-nin Qonağı Olub

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin dəvəti ilə Türkiyə Əməkli Subaylar Dərnəyinin, Türkiyə Müharib Qazilər Dərnəyinin, Türkiye Harp Malülü Gaziler ve Şehit Yakınları Dərnəyinin, Kıbrıs Türk Mukavemet Teşkilatının rəhbər heyəti və üzvlərindən ibarət nümayəndə heyəti Bakının işğaldan azad olunmasının 101 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün Azərbaycana səfərə gəlib.

Azərbaycanda bir çox rəsmi qurumlarda görüşləri təşkil edilən nümayəndə heyəti eyni zamanda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə də görüşüblər. Görüşdə qonaqlara fondun fəaliyyətləri haqqında geniş məlumat verilib və hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən danışılıb.

Türkiyə Əməkli Subaylar Dərnəyinin genel başkanı general-leytenant Namık Kemal Çalışkan, Türkiye Harp Malülü Gaziler ve Şehit yakınları Derneyi genel başkanı Mustafa İşık, Kıbrıs Mükavemet Teşkilatının Kurucularından general-leytenant Cumhur Evcil, Türkiye Müharip Gaziler Derneyinin Teşkilat başkanı Selahattin Gürbıyık, Anadolu Aydınlar Ocağının genel başkanı İbrahim Öztek Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən tədbirdə iştirak edərək  universitetlərə yüksək balla qəbul olunmuş Xocalı məktəblilərinə fondun təxsis etdiyi təşəkkürnamələri təqdim edib onlara ürək  sözlərini çatdırıblar.

Sonda qonaqlar GYF rəhbərliyinə öz xatirə hədiyyələrini təqdim edib və yüksək qonaqpərvərlik üçün öz təşəkkürlərini bildiriblər.