Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

20 Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin…
Davamını oxu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak…
Davamını oxu...

GYF-də İlin Yekunlarına Həsr Olunmuş Tədbir Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə fondun prezidenti Ahmet Tecim çıxış edərək bütün əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib,…
Davamını oxu...

Türkiyə Maarif Vəqfinin Başqanı GYF-ni Ziyarət Edib

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün və İdarə Heyətinin üzvü Nədim Kaya Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar daha sonra fondun binasında gənclər üçün yaradılmış şəraitlə yaxından tanış olublar. On mindən artıq kitabı olan kitabxana, xarici dil kurslarının müasir sinif otaqları və böyük tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı qonaqlara təqdim edilib və iş fəaliyyətləri haqqında məlumat verilib.

Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qarşılıqlı xatirə ‎hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.‎