Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xəzər Türklərinin Tarixi İlə Əlaqəli Romanların Təqdimatı Keçirilib

Bu gün Bakı Yunus Əmrə İnsititutunun təşkilatçılığı ilə  TRT-nin sabiq əməkdaşı, ssenarist, rejissor və roman yazarı Nadir Doğanın Xəzər Türklərinin tarixi ilə əlaqəli “Togarmanın Çocukları”, “Kuzeye Yolculuk” və “Altın Bozkırlar”…
Davamını oxu...

Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş GYF-ni Ziyarət Edib

Bu gün Bakıda keçirilən Dünya Dini Liderlərinin II sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş və rəhbərlik etdiyi nümayəndə heyəti, T.C. Bakı Böyükeliçisi Erkan…
Davamını oxu...

Bayraq Günü Münasibəti İlə GYF-də “Gənclərə Yön Verən Dəyərlərimiz” Adlı Seminar Keçirilib

9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan…
Davamını oxu...

Nəsiminin 650 İlliyinə Həsr Olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib

Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şair və mütəfəkkiri…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhlarını bir dəqiqəlik sukutla açıq elan edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin istiqlal marşı səsləndirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov öz çıxışında dövlət bayrağı ən böyük mənəvi dəyər, müstəqilliyimizin, Azərbaycançılığımızın rəmzidir deyib. O, məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsi olduğunu qeyd edib.

İbn Haldun Universitetinin Himayəçilər Şurasının sədri Prof.Dr. İrfan Gündüz ümumilikdə türk xalqlarının bayrağa olan hörmət və müsbət münasibətindən danışıb. O qeyd edib ki, dünyanın fərqli bölgələrində bayrağa qarşı hörmətsizlik və yüngül münasibət görmək mümkündür ancaq bunu hər hansı bir türk qanı daşıyan fərddən və onun təmsil etdiyi dövlətdən gürmək mümkün deyil.  

Azətrbaycan Atatürk mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, bayraq gününün əhəmiyyəti hər birimiz üçün hiss edilməlidir, bu müsabiqədə iştirak edən məktəblilərin hər birisi qalibdir və bu kimi müsabiqələr məktəblilərin intellektual səviyyələrinin artırılmasına xidmət edir və gələcəkdə elmli gənclərin fomalaşmasına zəmin yaradır deyib.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib və bayraq sevgisinin əhəmiyyətindən danışıb. Yetişməkdə olan gənc nəslin vətəninə, millətinə və torpağına bağlılığının əhəmiyyətini vurğulayıb. Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazırdır deyib. Natiq öz çıxışını “torpaq əgər uğrunda ölən varsa vətəndir” ifadələri ilə bitirib.

Klassik türk musiqisinin ifaçısı Ender Doğan çırpınırdı qara dəniz musiqisini tədbir iştirakçıları üçün ifa edib.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. Müsabiqətə qalib olan və fərqlənmiş iştirakçılara Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfindən müvafiq dərəcəli diplomları, xatirə hədiyyələri və pul mükafatı təqdim olunub.