Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Gəncə şəhərində yaşayan və əlilliyi olan Əfsanə Qurbanovanı və Vahəddin Əsgərovu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil…
Davamını oxu...

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

Bayraq Günü Münasibəti İlə GYF-də “Gənclərə Yön Verən Dəyərlərimiz” Adlı Seminar Keçirilib

PDF faylını alÇapE-poçt

alt9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan Gündüzün “Gənclərə Yön Verən Dəyərlərimiz” adlı seminarı baş tutub. ‎Tədbirdə Gəncliyə ‎Yardım Fondunun əmkdaşları , Bakı ‎Gənclik ‎Akademiyasının və müxtəlif universitetlərin tələbələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət himni və Türkiyə Cümhuriyyətinin İstiqlal marşı səsləndirildikdən sonra  Gəncliyə ‎Yardım ‎Fondu Təhsil Şöbəsinin koordinatoru Rüfət Şirinov seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎verib.

Prof. Dr. İrfan Gündüz gənclərə milli-mənəvi dəyərlərimiz, modern çağda keçmişimizə, tariximizə sahib çıxmağın əhəmiyyəti və onların gələcəkdə faydası barədə çıxış edib. İrfan bəy həmçinin tələbələrə zamanlarının dəyərini bilmələri, ondan daha səmərəli ifadə etmələri ilə bağlı öz məsləhətlərini verib. Daha sonra klassik türk sənət musiqiçisi Ender Doğan 9-Noyabr Azərbaycanın Bayraq Günü münasibəti ilə vətənpərvərlik mövzusunda  musiqilər ifa edib.

Tədbirin sonunda  tələbələrin sualları cavablandırıb və xatirə şəkili çəkdirilib.

alt

alt

alt

alt

alt

alt

alt

alt