Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

20 Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin…
Davamını oxu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak…
Davamını oxu...

GYF- də Xeyriyyə Layihəsinin Təqdimatı Keçirildi

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı)Filialının birgə təşkilatçılığı ilə Bakıda yaşayan imkansız məcburi köçkünlərin və digər kateqoriyadan olan insanların azyaşlı oğul övladları üçün sünnət mərasimi keçirildi.

Respublika Gəncliyə Yardım Fondunda keçirilən tədbiri "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, tanınmış jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad edildi."Gəncliyə Yardım Fondu" nun Prezidenti Ahmet Tecim və bu Fondun vitse-prezidenti Salman Əliyev qonaqları salamladılar. Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Hacı Ədalət Məhərrəmov, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami rayon Filialının sədri Hacı Məhi Mehtiyev, Azərbaycan Tibb Universiteti Rektorunun müşaviri, t.e.d., Prof. Mübariz Allahverdiyev, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik Hikmət Ağayev, məşhur "Forever" Şirkətinin nümayəndəsi Maya Tağıyeva, Şamaxı rayonunda yaşayan Vətən müharibəsi veteranı Hafiz Ədilov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvü, Bakıdakı Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbin müəllimi Gülşən Hüseynova, həmin Təşkilatın üzvü Qardaşxan Abbaszadə və başqaları çıxış edərək tədbirin mühüm ictimai əhəmiyyətini qeyd etdilər. Şamil müəllim daha sonra Bakının Xətai rayonu ərazisində yerləşən "Medika Hospital" haqqında məlumat verdi. Bildirdi ki, sahibkar Vüqar Tarverdiyevin baş direktor olduğu Klinikanın gözəl ənənələri var və burda xeyriyyə tədbirləri mütəmadi olaraq keçirilir. Şamil Sabiroğlu, zalda əyləşən azyaşlıların sünnət mərasiminin də məhz noyabrın 30-da bu Klinikada baş tutacağını qeyd etdi. Və sözü "Medika Hospital"ın baş direktoru Vüqar Tarverdiyevə verdi.Vüqar müəllim bu xeyirxah addımı alqışladıqlarını bildirdi, eyni zamanda, yuxarıda adları qeyd olunan ictimai təşkilatlarla davamlı əməkdaşlığa hazır olduqlarını bildirdi. Klinikanın Poliklinika şöbəsinin müdiri, şəhid bacısı Məhəbbət Paşayeva bu cür xeyriyyə tədbirlərinin xüsusi əhəmiyyəti haqda məlumat verdi. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, aparıcı və müğənni İslam Ələsgərli Vətənə, torpağa həsr edilən mahnıları ifa etdi.

Təşkilatçılar adından Klinikanın baş direktoru Vüqar Tarverdiyevə Xüsusi diplom, azyaşlılara isə qiymətli hədiyyələr təqdim edildi.