Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyə Cumhuriyyətinin Rəsmiləri Gəncliyə Yardım Fondunun ‎Qonağı Olub

16-20 Noyabr 2017-ci il tarixlərində  “Türk filmləri həftəsi” çərçivəsində Bakıda səfərdə olan  Türkiyə Cumhuriyyəti Prezidentinin baş müşaviri Yalçın Topçu, AK Parti Ordu Millət Vəkili Metin Gündoğdu və o cümlədən T.C…
Davamını oxu...

GYF-nun İdarə Heyəti TRT Bakı Koordinatorunu Ziyarət Edib

10.11.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış TRT Bakı Koordinatoru  Murad Akkoçu ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Murad Akkoç…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondunun və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Bayraq Günü Münasibəti İlə Ağdamda Görüş Keçirilib

06 noyabr 2017-ci il tarixində “Bayraq günü” münasibəti ilə Gəncliyə Yardım Fondunun dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsində, Ağdam rayonu Quzanlı…
Davamını oxu...

“Müharibə uşaqların gözü ilə”

    Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XX ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

   Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilmiş, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilmişdir.

    Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilmişdir., “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələri çıxış etmişdir.

    Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun icarçı katibi Nəcməddin Akbulut belə tədbirlərin keçirilməsinin tarixi həqiqətlərin öyrənilməsi baxımından zəruri olduğunu bildirdi. Şəhidlərin ölməzliyindən danışan natiq gəncliyimizin şəhidlər qarşısındakı borclarının Xocalının düşmən əsarətindən azad etmələri olduğunu vurğuladı.  

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov milli vətənpərvərlik ruhda yetişən Azərbaycan gəncliyinin öz haqq səslərinin dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışdı. Eyni zamanda tədbirdə Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Halis Koyuncuoğlu çıxış edərək gənc nəsilə öz tövsiyələrini verdilər.

    Tədbirin məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq,  ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarətdir

    “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım fondu tərəfindən müvafiq dərəcəli diplomlarla və pul mükafatları ilə təltif olundular.

    "Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

    I yer – Mehbalıyeva Nigar – Səbail rayon 236 saylı orta ümumtəhsil məktəbinin X sinif şagirdi

    II yer – Rzayeva Məleykə – Xəzər rayon 142  saylı orta ümumtəhsil məktəbinin XI sinif şagirdi

    III yer – Abbaszadə Lalə – Xətai rayon 269 saylı orta ümumtəhsil məktəbinin X sinif şagirdi.