Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Balaca Ümidin Ümidi Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Zaqatala şəhəri, Çobankol kəndində  yaşayan iflic xəstəsi 10 yaşlı  Ümid İsmayılovu yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları…
Davamını oxu...

Gəncliyə Yardım Fondu (GYF) Bəyanat Yayıb

27 sentyabr Ermənistan silahlı qüvvələri iriçaplı silah, minaatan və müxtəlif çaplı artileriya qurğularından atəşkəsi kobud şəkildə pozaraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, habelə yaşayış məntəqələrini atəşə tutub. Mülki əhalini…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Şəhid və Qazi Ailələrinə Sosial-Humanitar Yardıma Başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi risk qrupuna daxil olan şəhid və qazi ailələrinə sosial-humanitar yardımın…
Davamını oxu...

Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Türk Şəhidliyi ziyarət olunub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci…
Davamını oxu...

Dövlət başçısı İlham Əliyevin 58 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-da müəllim işləyib.

Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilib. 2013-cü ildə üçüncü müddətə, 2018-ci ildə isə səslərin 86.03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.

Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı var.

Gəncliyə Yardım Fondunun bütün kollektivi Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır.