Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

TUDİFAK-ın dekanı Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin dekanı Prof. Dr. Hayati Beşirli Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

‎“Sabahlara Ümid Ol” Layihəsinin İcrasına Başlanıldı

Bu gün Gəncliyə Yardım Fondunun builki XVI Xeyriyyə sərgisinin həsr olunduğu “Sabahlara Ümid ‎Ol” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin ‎uşaqlarına geyimlər təqdim olunur.…
Davamını oxu...

Bakıda Çanaqqala Şəhidləri Yad Edildi

Çanaqqala zəfərinin 104-cü il dönümü münasibətilə Bakıda türk şəhidliyi abidəsi ziyarət olunub. Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyinin əməkadaşlarının, Türk iş adamlarının və mətbuat nümayəndələrinin olduğu ziyarətdə Gəncliyə Yardım Fondunun rəhbərliyi…
Davamını oxu...

GYF– də “Vətənpərvərlik Ruhu və Çanaqqala” Adlı Tədbir Keçirilidi. ‎

Bugün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlunun “Vətənpərvərlik ruhu və Çanaqqale” adlı…
Davamını oxu...

GYF-nin nümayəndələri “Xocalını Unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirib.

      26 fevral 14:00-da  Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Taksim meydanında təşkil ediləcək yürüşdə iştirak etmək və insanlara Azərbaycan həqiqətlərini çatdırmaq üçün Gəncliyə Yardım Fondunun nümayəndələri “Xocalını Unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirib.

      Tədbirdə bir çox hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri, nüfuzlu elm adamları və müxtəlif universitetlərin tələbələri iştirak edib.

      Əvvəlcə vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilmiş, Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilmişdir.

      Tədbirdə çıxış edən Aziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaş qeyd etdi ki: Türkiyəli qardaşlar olaraq Azərbaycanlı qardaşlarımızla əsrlərdir iki dövlət bir millət olaraq eyni sevinclərin və eyni iztirabların tək ürəyi olaraq yaşadıq. Çanaqqalada şəhid düşən qəhraman Azəri qardaşlarımız bunun bariz nümunəsi, Azərbaycandakı Türkiyəli şəhidlər də bunun nişanəsidir. Bu vəsiləylə; Xocalı qırğınını tarix qarşısında bir daha şiddətlə qınayırıq. Oradakı Azəri qardaşlarımızla ürəklərimiz eyni ağrını yaşayır, eyni ıztırabı paylaşır. Eyni cəhdlərlə ürəyimiz döyünür. O gündən bu günə gəlinən nöqtə, gələcək gözəl günlərin müjdəçisi olacaqdır.

      Dövlət böyüklərinin və xalqın əl-ələ reallaşdırdığı bu səylər, Azərbaycanın gələcəyinə daha parlaq və tarixi bir mövqeyə daşıyır. Bu mənada xalqın mənəvi inkişafında və öz mənliyi oxunda daha dözümlü hala gəlməsində Şeyxülislam Allahşükür Paşazadə, hər cür təqdirin fövqündə fədakar işlər sərgiləyir. Həqiqətən o insanın Azərbaycanın mənəvi həyatında böyük qatqıları var. Şeyxülislam Allahşükür Paşazadənin bu istiqamətdə saysız xidmətlərini təqdir və heyranlıqla alqışlayırıq.

      İnanırıq ki, bu maddi və mənəvi səylər, böyük səmərə verəcək. Beləcə Azərbaycan xalqı öz şəxsiyyətində daha güclü bir millət olacaq. Nəticədə də Qarabağ torpağı, təkrar Azərbaycanın olacaq.

      Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun Təhsil şöbəsinin müdiri Sedat Demir tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında geniş məlumat verib. O öz çıxışında bilidirib ki: “1992 -26 fevral günü Türk dünyası və Azərbaycan üçün ən ağrılı günlərdən olduğu kimi insanlıq üçün də ən ağrılı və qaranlıq səhifələrdən biridir. Bundan 20 il əvvəl Erməni işğalçı qüvvələri Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Xocalıya hücum edərək, bu mənfur hadisəni reallaşdırıblar. Qadın, uşaq və qoca demədən hər kəsə divan tutan ermənilər tarixin ən vəhşi hadisəsini gerçəkləşdiriblər. Heç bir Türk oğlu bu ədalətsizliyə göz yuma bilməz. Bu sadəcə Azərbaycanın dərdi deyil, həm də qardaş Türk xalqının dərdidir. Bizim sevincli günlərimiz bir olduğu kimi kədərli günlərimiz də birdir. Bu gün bizim əsas borcumuz və vəzifəmiz tariximizi unutmamaq və həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır.  Əsl olan əcdadımızın mənəvi həyəcanını və sahib olduğu ruhu gələcək nəsillərə əks etdirə bilməkdir.

      Natiq öz çıxışında onu da qeyd edib ki, “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il 8 may, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 30-dən çox ölkəsində uğurla həyata keçirilir.

      Daha sonra “Elm Yurdu” sosial ictimai birliyinin sədri, Dr. Elşad Mahmudov və Bakı Dövlət Universitetinin müəllimi Dr. Qoşqar Səlimli tədbir iştirakçılarına Azərbaycan tarixi haqqında geniş məlumat veriblər.

      Məlumat olaraq qeyd ki, bu çərçivədə Gəncliyə Yardım Fondu bir çox fəaliyyətlər həyata keçirmişdir. O cümlədən ermənilərin "Qarabağ erməni torpağı" iddialarına cavab olaraq "Qarabağ: Suallar və Faktlar" kitabı Fond tərəfindən nəşr edilmiş, fərqli dillərə tərcümə edildikdən sonra anadolu türkcəsinə uyğunlaşdırılmış və Türkiyə Böyük Millət Məclisində təqdimat mərasimi keçirilərək Türk oxuyucularına təqdim edilmişdir. Mövzuyla əlaqəli olaraq həm Türkiyədə, həm də Azərbaycanda bir çox tədbirlər və konfranslar keçirilmişdir.