Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər…
Davamını oxu...

GYF Əməkdaşları Şəhid İbrahim Vəliyevin Ailəsini Ziyarət Edib

Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunun ailəsini yaşadıqları Zərdab rayonunda ziyarət edib. Ziyarət əsnasında…
Davamını oxu...

GYF Gənclərə Dəstək Olmağa Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Baki şəhəri Nizami Rayonunda yaşayan və serebral iflic olan  12 yaşlı Aslanlı Banuçiçək Samir qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

GYF-də "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" Adlı Konfransı Keçirilib

Bu gün Gəncliyə ‎Yardım ‎Fondunun H.Z.Tağıyev adına konfrans zalında Xəzər Universitetinin müəllimi "Dərin Rusiya" kitabının müəllifi Dr. Telman Nüsrətoğlunun "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" adlı konfransı keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun…
Davamını oxu...

GYF-nin Xeyriyyə Fəaliyyətləri Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Zaqatala rayonunda yaşayan 1-ci qrup əlil, 64 yaşlı Davudova Rəbiyyət Abdulla qızını yaşadığı ünvanda ziyarət edib.‎

Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Davudova Rəbiyyət Abdulla qızına əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Rəbiyyət xanımın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir.

Ailəsinin ‎dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə ‎zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.