Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Həmrəylik Günü ilə Əlaqədar Şəhid Ailələri və Uşaq Evləri Ziyarət Edildi

Gəncliyə Yardım Fondu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik Günü münsaibəti ilə  II Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəman övladlarımızn ailələrini ziyarət edib. Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin…
Davamını oxu...

GYF Şəhid Övladının Ehtiyacını Qarşıladı

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Məmmədov İbrahim Nadir oğlunun ailəsini ziyarət edib. Hal-hazırda Goranboy rayonu Rəhimli kəndində yaşayan ailənin övladı Məmmədzadə Əli İbrahim serebral…
Davamını oxu...

Vətən Müharibəsi Qazisi Evində Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti II Qarabağ müharibəsi qazisi Ələkbərli Qurban Nərman oğlunu hazırda yaşadığı ünvanda ziyarət edib.‎ Qeyd edək ki, Qurban Ələkbərli Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək qəlpə…
Davamını oxu...

Göyçayda Şəhid Ailələri Ziyarət Edilib

Gəncliyə Yardım Fondunun nümyəndələri Göyçaydan olan şəhidlərimizin ailələrini ziyarət edib. Şəhid yaxınları ilə görüşən Fond nümayəndələri vətənimizin azdalığı uğrunda canlarından keçən vətən övladlarına hər birimizin borclu olduğunu qeyd ediblər. Qürur…
Davamını oxu...

GYF-də “Gənclik və Dünyada Könüllülük Fəaliyyəti” Adlı Beynəlxalq Konfrans Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda “Gənclik və Dünyada Könüllülük Fəaliyyəti” ilə bağlı beynəlxalq  tədbir keçirilib. Müxtəlif dövlətlərin könüllülk fəaliyyətində yaxından iştirak edən gənclər öz təcrübələrini bölüşüblər. 

Azərbaycanda könüllülük fəaliyyəti haqqında geniş məlumat verən Azərbaycan Dövlət İqtisad  Universitetinin tələbəsi Elmir İsazadə bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycan tarixində könüllülük və xeyriyyəçilik fəaliyyətinin əsasını qoyanlardan biri olan Hacı Zeynalabdin Tağıyevin timsalında bu sahədə çalışan insanlar haqqında geniş məlumat verib.

Daha sonra Türkiyə dövlətindən olan Azərbaycan Tibb Universitetinin tələbəsi Taha Alkoç könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib və təmsil etdiyi ölkədə tətbiq edilən könüllülük kampaniyaları haqqında məlumat verib. Tiblisi Dövlət Universitetinin tələbəsi Qadir Süleymanlı isə Gürcüstandakı könüllülük fəaliyyətləri haqqında danışıb.

Son olaraq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim gələcəyimiz olan gənclərin şüurlu şəkildə könüllülük fəaliyyətinə qoşulmasının təqdirə layiq bir hadisə olduğunu qeyd edib.  Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələrinin bu üç dövlətin insanları arasındakı iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi kimi Bakı-Tbilisi-İstanbul arasında insanları mənəvi birləşdirəcək “Könül Yolu”nun olması da sevindirici haldır deyən Ahmet Tecim 2020-ci ilin Azərbaycanda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Könüllülük İli olaraq qeyd edilməsinin əhəmiyyətindən danışıb və rəhbərlik etdiyi qurumun da bu sahədə bir çox uğurlu fəaliyyətlərə imza atdığını vurğulayıb.