Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər…
Davamını oxu...

GYF Əməkdaşları Şəhid İbrahim Vəliyevin Ailəsini Ziyarət Edib

Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunun ailəsini yaşadıqları Zərdab rayonunda ziyarət edib. Ziyarət əsnasında…
Davamını oxu...

GYF Gənclərə Dəstək Olmağa Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Baki şəhəri Nizami Rayonunda yaşayan və serebral iflic olan  12 yaşlı Aslanlı Banuçiçək Samir qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

GYF-də "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" Adlı Konfransı Keçirilib

Bu gün Gəncliyə ‎Yardım ‎Fondunun H.Z.Tağıyev adına konfrans zalında Xəzər Universitetinin müəllimi "Dərin Rusiya" kitabının müəllifi Dr. Telman Nüsrətoğlunun "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" adlı konfransı keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun…
Davamını oxu...

Böyük Britaniyada Təhsil Alan Tələbə BİGA Akademiyasının Qonağı Olub

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı İstedadlı Gənclər Akademiyası" (BİGA) layihəsi çərçivəsində Böyük Britaniyanın Aberdeen Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Yusif Nəbiyev gənclərlə görüşüb. ‎Tədbirdə Gəncliyə ‎Yardım ‎Fondu təhsil şöbəsinin əməkdaşları və Bakı İstedadlı ‎Gənclər ‎Akademiyasının tələbələri iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Vəfadar Babayev ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎verib.

Yusif Nəbiyev gənclərə  “Yarı Ömür (Half-Life)” mövzusunda danışıb və müasir dünyada yenilənən texnologiyaya əsasən köhnələn ixtisas və biliklər haqqında geniş məlumatlar verib. Alınan məlumatın qısa zamanda köhnəlməsi və bir neçə il sonra ümumiyyətlə istifadə olunmaması səbəbilə hər gün öz ixtisası üzrə yeniliklər öyrənməyən şəxsin bir neçə il sonra işsiz qalma ehtimalının yüksək olduğunu qeyd edib. Daha sonra qonaq tələbələrin suallarını ‎cavablandırıb. Sonda isə qonağa xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkli çəkilib.