Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Şəhid və Qazi Ailələrinə Sosial-Humanitar Yardıma Başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi risk qrupuna daxil olan şəhid və qazi ailələrinə sosial-humanitar yardımın…
Davamını oxu...

Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Türk Şəhidliyi ziyarət olunub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Xeyriyyə Fəaliyyətləri Davam Edir

Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.
Davamını oxu...

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi keçirildi. Karantin qaydalarına uyğun olaraq müsabiqənin qalibləri tək-tək Gəncliyə Yardım Fondunun ofisinə dəvət edilərək mükafatları təqdim edilidi. Xatırladaq ki, usaqkitabi.az saytı layihədə iştirak edən bütün uşaqları sertifikat və bir sıra hədiyyələrlə sevindirəcəkdir. Respublikanın müxtəlif bölgələrindən müsabiqədə iştirak edən uşaqlara hədiyyələri əməkdaşlarımız tərəfindən birbaşa şəxsi ünvanlarında veriləcəkdir.

Qeyd edək ki, usaqkitabi.az saytı 21 yanvar-15 fevral tarixləri arasında “Kitabın işığın olsun” adlı kitab müsabiqəsi keçirmişdir. Müsabiqədə 300-ə yaxın uşaq iştirak etmişdir.  Bunlardan 124 iştriakçının videoları qeydə alınmış daha sonra isə həmin iştirakçılar münsiflər tərəfindən tam şəffaf şəkildə dəyərləndirilmişdir. Müsabiqədə I, II, III yerlərlə yanaşı, iştirakçılardan 8-i münsiflər tərəfindən fəqləndirilmişdir. Həmçinin 9 nəfər də sosial şəbəkələrdə aktivliyinə görə fərqlənmiş və mükafatla layiq görülmüşdür.