Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Gənc Qıza Dəstəyini Gecikdirmədi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti tərəfindən son günlərdə erməni vandalizminin qurbanlarından biri Beylaqan rayon sakini Məmmədova Sevinc Mayıs Qızı hazırda yaşadığı Lökbatan Qəsəbəsində ziyarət edilib.‎ Qeyd edək ki, Sevinc Məmmədova…
Davamını oxu...

Gəncliyə Yardım Fondu (GYF) Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

Gəncliyə Yardım Fondu Azərbaycan ordusuna dəstək aksiyasına qoşulub. 5 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 2 (iki) min manat vəsait köçürüb. Məqsəd düşmənin hərbi təxribatının qarşısının…
Davamını oxu...

Ehtiyac Sahibi Ailələrə Yardımlar Paylanıb

Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.
Davamını oxu...

GYF 52 Yaşlı Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə Baki şəhəri, Hövsan Qəsəbəsində yaşayan II qrup Qarabağ müharibəsi əlili Həsrətqulu Rəhimovu yaşadığı ünvanda ziyarət edib.‎ Fond…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Əziz Mahmud Hüdayi vəqfinin məsul nümayəndələri də iştirak edib.

Yürüş edənlər bayraqlar qaldıraraq “Şəhidlər ölməz, vətən bölünməz” kimi şüarlar səsləndiriblər. Sakinlər əllərindəki Azərbaycan və Türkiyə bayraqlarını birgə tutaraq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, həmişə olduğu kimi, son baş verən hadisələrin ilk günündən bəri, başda Türkiyənin rəhbər heyəti olmaqla bütövlükə Türk xalqı azərbaycanlı qardaşlarının yanında olduqlarını və lazım gələrsə çiyin-çiyinə mübarizə aparacaqlarını bildirmişdir.