Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Şəhid Ailələri İlə İşləyən Qadınlarla Görüş Keçirildi

Gəncliyə Yardım Fondunda “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü ilə  şəhid ailələri ilə işləyən və özləri də şəhid ailəsi olan qadınlarla görüş keçirilib. 8 Mart Beynəlxalaq Qadınlar günü…
Davamını oxu...

Adı Dastan Olan Şəhidimizin Ailəsi Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndələri 44 günlük Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan kəşfiyyatçı gizir Məmişli Sahil Ağaverdi oğlunun ailələsini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət əsnasında şəhidlərimiz üçün Qurani-Kərimdən ayələr…
Davamını oxu...

GYF-nin Dəstəyi Gecikmədi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Tovuz rayonunda yaşayan I qrup əlilliyi olan Qurbanova Tamaşa Razim qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələyə əvvəlcədən müraciətləri əsasında əlil arabası…
Davamını oxu...

GYF-də Xocalı Bu Gün Adlı Vebinar Keçirilib

Gəncliyə Yardım Fondunun təşkilatçılğı ilə Xocalı qurbanlarının yad edilməsi və erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə “Xocalı Bu Gün” adlı vebinar keçirilib. Tədbir vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz…
Davamını oxu...

TÜRKİYƏ MAARİF VƏQFİNİN BAŞQANI GYF-Nİ ZİYARƏT EDİB

Bu gün  Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün  Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qarşılıqlı xatirə ‎hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.‎