Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Şəhid Ailələri İlə İşləyən Qadınlarla Görüş Keçirildi

Gəncliyə Yardım Fondunda “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü ilə  şəhid ailələri ilə işləyən və özləri də şəhid ailəsi olan qadınlarla görüş keçirilib. 8 Mart Beynəlxalaq Qadınlar günü…
Davamını oxu...

Adı Dastan Olan Şəhidimizin Ailəsi Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndələri 44 günlük Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan kəşfiyyatçı gizir Məmişli Sahil Ağaverdi oğlunun ailələsini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət əsnasında şəhidlərimiz üçün Qurani-Kərimdən ayələr…
Davamını oxu...

GYF-nin Dəstəyi Gecikmədi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Tovuz rayonunda yaşayan I qrup əlilliyi olan Qurbanova Tamaşa Razim qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələyə əvvəlcədən müraciətləri əsasında əlil arabası…
Davamını oxu...

GYF-də Xocalı Bu Gün Adlı Vebinar Keçirilib

Gəncliyə Yardım Fondunun təşkilatçılğı ilə Xocalı qurbanlarının yad edilməsi və erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə “Xocalı Bu Gün” adlı vebinar keçirilib. Tədbir vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz…
Davamını oxu...

GYF Şəhid Ailələrini Ziyarət Etməyə Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Əhmədli Aydın Mustafa oğlu, Paşayev Samir Şirin oğlu və Həmidzadə Hüseyin Akif oğlunun ailələrini yaşadıqları ünvanlarda ziyarət edib. Ziyarət əsnasında şəhidlərimiz üçün Qurani-Kərimdən ayələr oxunub, ailə üzvlərinə şəhidlərin yüksək mərtəbələri haqqında söhbətlər aparılıb.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin  ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.

Eyni zamanda  Fond, 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir.

Bir daha Azərbaycanın bu haqq mübarizəsində torpaqlarımızın işğaldan azad edilməsində şirin canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Mübarizəmizin əvvəlindən sonuna qədər qəhrəmanlıq göstərən, Azərbaycan xalqının sevimlisi və qüruru olan Prezidentimiz, Ali başkomandanımız cənab İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırıq.