Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral ilə Görüşüb

16 aprel 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Ahmet Tecim səfir Erkan…
Davamını oxu...

GYF-nin Dəstəyi ilə “Tariximizin Dahiləri” Kitabı Nəşr Olunub

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində “Tariximizin dahiləri” kitabı İpəkyolu…
Davamını oxu...

İlham Əliyev Erkan Özoralın Fəaliyyətini Yüksək Dəyərləndirdi

“Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”. Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə…
Davamını oxu...

GYF-nin Dəstəyi ilə Kitab Oxuma Müsabiqələri Keçirilib

Gəncliyə Yardım Fondunun dəstəyi və “Light Up Training Platform”unun təşkilatçılığı ilə kitab oxuma müsabiqəsi keçirilib. “Quran, Kainat və İnsan” kitabından keçirilən müsabiqəsinin ilk üç yerinin sahibinə qiymətli hədiyyələr, eyni zamanda…
Davamını oxu...

Adı Dastan Olan Şəhidimizin Ailəsi Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndələri 44 günlük Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan kəşfiyyatçı gizir Məmişli Sahil Ağaverdi oğlunun ailələsini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət əsnasında şəhidlərimiz üçün Qurani-Kərimdən ayələr oxunub, ailə üzvlərinə şəhidlərin yüksək mərtəbələri haqqında söhbətlər aparılıb.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin  ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.

Eyni zamanda  Fond, 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir.

Bir daha Azərbaycanın bu haqq mübarizəsində torpaqlarımızın işğaldan azad edilməsində şirin canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Mübarizəmizin əvvəlindən sonuna qədər qəhrəmanlıq göstərən, Azərbaycan xalqının sevimlisi və qüruru olan Prezidentimiz, Ali başkomandanımız cənab İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırıq.