Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyə Maarif Vəqfinin Başqanı GYF-ni Ziyarət Edib

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün və İdarə Heyətinin üzvü Nədim Kaya…
Davamını oxu...

GYF Rəhbərliyi Dünya Türk Biznes Şurasının Bakı Toplantısında iştirak Edib

Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) toplantısı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib. Tədbir Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda…
Davamını oxu...

GYF-nin İdarə Heyəti TUİB Başqanı Hüseyin Büyükfıratı Ziyarət Edib

GYF-nin İdarə Heyəti “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” TUİB Başqanı Hüseyin Büyükfıratı ictimai birliyin yeni ünvanında ziyarət edin. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək…
Davamını oxu...

GYF Rəhbərliyi “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan Xanlıqlarının Münasibətləri” Adlı Sərginin Açılış Mərasimində İştirak Edib

Oktyabrın 8-də  Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı olub. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçla görüşüb

     15.09.2012-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçla görüşüb.  Türkiyənin ölkəmizdəki səfiri kimi səlahiyyət müddəti başa çatmış cənab Hulusi Kılıç görüş əsnasında Gəncliyə Yardım Fondunun  Azərbaycandakı uğurlu fəaliyyətlərini yüksək qiymətləndirdiyini dilə gətirib.

     Türk diplomat Azərbaycanda fəaliyyət göstərdiyi 4,5 il ərzində iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni etdiyini söyləyib. H. Kılıç burada ona göstərdikləri dəstəyə və anlayışa görə başda Prezident İlham Əliyev olmaqla hökumət nümayəndələrinə, qeyri-hökumət təşkilatlarına və media orqanlarına təşəkkür edib. “Ən böyük təşəkkürüm isə Azərbaycan xalqınadır”, - səfir deyib. Diplomat bundan sonrakı fəaliyyəti dövründə də daim Azərbaycanın mənafeyini qoruyacağını vurğulayıb. Səfir Prezident İlham Əliyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xatırladaraq, buna görə ölkə başçısına təşəkkür edib.

     Görüşün sonunda Gəncliyə Yardım Fondunun perezidenti cənab Ahmet Tecim səfir Hülusi Kılıca fond kollektivi adından təşəkkür plaketi hədiyyı edib və xatirə şəkilləri çəkilib.