Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

İnsani Yardım

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə sərhəd kəndlərində 650 kənd sakininə yardım paylanıldı

13.06.14 01:01 ərzində olan dəyişikliklər Yazan Administrator 12.05.14 15:23

alt

Azərbaycan Respublikası “Gəncliyə Yardım Fondu” 11 may 2014-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun göstərişi əsasında Tovuz rayonu icra hakimiyyəti  ilə birgə Tovuz rayonunun sərhəd kəndlərində tədbir həyata keçirmişdir.

Tədbirdə altı yüz əlli kənd sakininə 3 (üç) kq qurban əti və 5 (beş)  kq un paylanmışdır. Bundan əlavə yeni uşağı dünyaya gəlmiş iyirmi ailəyə “uşaq dəsti” hədiyyə edilmişdir.

Davamını oxu...

 

Xeyirxahlıq əngəl tanımır...

30.04.14 18:41 ərzində olan dəyişikliklər Yazan Administrator 13.04.14 09:45

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd- yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur.

Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu 25 yaşlı gənc Adışov Orxanın əlil arbasına olan ehtiyacını qarşılamışdır.

 Onun da istədiyi yerə rahat getməsi və hərəkətinin yaxşılaşdırılması üçün lazım olan əlil arabası Fond tərəfindən hədiyyə edildi. Ailəsinin maddi vəziyyətinin pis olması səbəbilə ala bilmədiyi əlil arabasının Gəncliyə Yardım Fondu tərəfindən ona hədiyyə edilməsi onun üçün böyük bir sevinc qaynağına çevrilmişdir.

Davamını oxu...

 
 

Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XI əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirildi

30.12.14 10:55 ərzində olan dəyişikliklər Yazan Administrator 06.03.14 15:14

alt

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XI əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə açıq elan edilib.

Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib. 

Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet  Tecim bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edib.

Davamını oxu...

 
 

Azərbaycan və Türkiyəli həkimlər tərəfindən Tanzaniyada ehtiyacı olan insanlara tibbi yardım göstərilmişdir

02.03.14 13:31 ərzində olan dəyişikliklər Yazan Administrator 21.02.14 10:07

altGəncliyə Yardım Fondu (GYF), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Tanzaniyada müştərək Azərbaycan-Türkiyə İşbirliyi Proqramının (TATİP) icrasına başlanmışdır.

TATİP proqramı TİKA, Azərbaycan Gəncliyə Yardım Fondu və dünyada səhiyyə layihələri ilə tanınan Türkiyənin “Beynəlxalq Yerüzü Doktorları” Humanitar Təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Davamını oxu...

 
 

Azərbaycanlı xeyriyyəçilərin Afrikada nəcib hərəkəti…

02.03.14 13:29 ərzində olan dəyişikliklər Yazan Administrator 18.02.14 12:07

“Bəzən 1 vedrə su üçün 10 km yol gedirik”

  Azərbaycanlı xeyriyyəçilərin təşəbbüsü ilə quraq Afrika ölkəsi olan Tanzanyanın paytaxtı Darussalam şəhərinin Mbaqala bölgəsində su quyusu qazılaraq yerlilərin istifadəsinə verilib. ANS Fevralın 16-da açılan su quyusuna azərbaycanlı övliya, İslam alimi, mütəfəkkir Seyyid Yəhya Şirvaninin adı verilib.

Su quyusunun açılış tədbirində Azərbaycandan Gəncliyə Yardım Fondu (GYF), Türkiyə Əməkdaşlıq və Kordinasiya Agentliyi (TİKA) və Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Davamını oxu...

 
 

Səhifə 22 > 26-dəan