|
10.09.20 12:01 ərzində olan dəyişikliklər Yazan Administrator 10.09.20 11:51
Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.
01.08.20 12:33 ərzində olan dəyişikliklər Yazan Administrator 01.08.20 12:14
Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən kəsilmiş qurban payları ehtiyac sahibi ailələrə çatdırılıb. Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir.
20.07.20 10:52 ərzində olan dəyişikliklər Yazan Administrator 20.07.20 10:49
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Əziz Mahmud Hüdayi vəqfinin məsul nümayəndələri də iştirak edib.
Yazan Administrator 10.07.20 16:02
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə Bakı şəhəri, Yasamal rayonunda yaşayan yerimə əngəlli Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları ehtiyac sahibi ailəyə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
Yazan Administrator 09.07.20 15:19
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Gəncə şəhərində yaşayan və əlilliyi olan Əfsanə Qurbanovanı və Vahəddin Əsgərovu yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil arabaları təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
Səhifə 4 > 29-dəan