|
30.03.20 14:59 ərzində olan dəyişikliklər Yazan Administrator 30.03.20 14:16
17.03.20 10:55 ərzində olan dəyişikliklər Yazan Administrator 17.03.20 10:49
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil arabaları təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
16.03.20 15:42 ərzində olan dəyişikliklər Yazan Administrator 16.03.20 14:04
Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunun ailəsini yaşadıqları Zərdab rayonunda ziyarət edib.
Ziyarət əsnasında İbrahim Vəliyevin anası Rəfiqə xanım, atası Ələmşah bəy və nənəsi Gülöyşə xanımla görüşən fond nümayəndələri belə bir qəhrəman övlad böyüdüb, tərbiyə etdikləri üçün onlara təşəkkür edib və onlara hər zaman dəstək olacaqlarını bildiriblər.
Yazan Administrator 10.03.20 17:35
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Baki şəhəri Nizami Rayonunda yaşayan və serebral iflic olan 12 yaşlı Aslanlı Banuçiçək Samir qızını yaşadığı ünvanda ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan Aslanlı Banuçiçək Samir qızına əlil arabası təqdim edilib. Məlum olub ki, Banuçiçəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir.
Yazan Administrator 27.02.20 17:09
Gəncliyə Yardım Fondu Bakı CP (Serebral İflic) Akademiyasının tələbinə uyğun olaraq 11 yaşlı serebral iflic Sultanlı Firuzə Şamxal qızı və serebral iflic 11 yaşlı Sadıxzadə Zəhra Sədail qızına əlil arabaları təqdim edib. Eyni zamanda fond əməkdaşları Ağdaş rayonunda yaşayan 1-ci qrup əlil , 20 yaşlı əlil Ceyhun Mahmudovu və Yevlax rayonunda yaşayan 66 yaşlı əlil Yusif Babayevi yaşadıqları ünvanda ziyarət edib onlara ehtiyac duyduqları əlil arabalarını təqdim ediblər.
Səhifə 6 > 29-dəan