06.03.17 18:27 ərzində olan dəyişikliklər Yazan Administrator 06.03.17 18:13
Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XIV əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.
08.12.16 10:46 ərzində olan dəyişikliklər Yazan Administrator 07.12.16 16:10
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızının təşəbbüsü və Gəncliyə Yardım Fondunun maaliyə dəstəyi ilə Bakı şəhəri ikinci Alatava ərazisində yaşayan 20 yaşlı Mirzəyev Novruz İlham oğluna bir ədəd əlil arabası təqdim olunub. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak edərək əlil arabasını təqdim edib. Gəncliyə Yardım Fondunun xeyriyyə aksiyalarından danışaraq qısa bir məlumat verib. Təkcə 2016-cı il ərzində 170-dən çox əlil arabasının paylandığını söyləyərək bu kimi yardım aksiyalarının gələcəkdə də davam edəcəyini vurğulayıb.
13.09.16 21:04 ərzində olan dəyişikliklər Yazan Administrator 13.09.16 20:29
Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirib.
Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlayıb. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2016-cı ildə fond xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirib.
30.07.16 18:05 ərzində olan dəyişikliklər Yazan Administrator 30.07.16 17:08
Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə əlil arabalarının təqdim olunması uğurla davam etməkdədir. 30.07.2016 tarixində Saatlı rayonunda Saatlı və Sabirabadan olan 19 əlilə əlil arabaları təqdim olunub.
Saatlı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə giriş sözü ilə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələləri şöbəsinin əməkdaşı Azər Həsənov TİKA Bakı Koordinatorluğuna və Gəncliyə Yardım Fonduna dərin təşəkkürünü bildirib. Əlillərə göstərilən yüksək diqqət və qayğıya görə Saatlı rayon İcra başçısının xüsusi təşəkkürünü çatdıran natiq bu kimi tədbirlərin rayonda ilk olmadığını qeyd edib.
21.07.16 15:59 ərzində olan dəyişikliklər Yazan Administrator 20.07.16 17:43
İsmayıllıda 24 Vətəndaşa Əlil Arabası Təqdim Olunub
Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə iyulun 20-də İsmayıllı rayonunda əlil arabalarına ehtiyacı olan vətəndaşlara 24 əlil arabası təqdim edilib. Əlil arabalarının 13-i İsmayıllı, 11-i isə Qəbələ rayonunun vətəndaşlarına təqdim olunub.
Səhifə 8 > 18-dəan