Yazan Administrator 13.10.20 12:43
Gəncliyə Yardım Fondu Azərbaycan ordusuna dəstək aksiyasına qoşulub.
5 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 2 (iki) min manat vəsait köçürüb.
Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.
Yazan Administrator 23.09.20 14:05
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi risk qrupuna daxil olan şəhid və qazi ailələrinə sosial-humanitar yardımın göstərilməsi” layihəsinin icrasına başlanılmışdır.
16.09.20 11:47 ərzində olan dəyişikliklər Yazan Administrator 15.09.20 12:03
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyi ziyarət ediblər.
10.06.20 17:40 ərzində olan dəyişikliklər Yazan Administrator 10.06.20 16:12
Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi keçirildi. Karantin qaydalarına uyğun olaraq müsabiqənin qalibləri tək-tək Gəncliyə Yardım Fondunun ofisinə dəvət edilərək mükafatları təqdim edilidi. Xatırladaq ki, usaqkitabi.az saytı layihədə iştirak edən bütün uşaqları sertifikat və bir sıra hədiyyələrlə sevindirəcəkdir. Respublikanın müxtəlif bölgələrindən müsabiqədə iştirak edən uşaqlara hədiyyələri əməkdaşlarımız tərəfindən birbaşa şəxsi ünvanlarında veriləcəkdir.
13.05.20 13:39 ərzində olan dəyişikliklər Yazan Administrator 13.05.20 12:49
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond rəhbərliyinə təşəkkür edilib. Məktubda eyni zamanda bu xeyriyyə işinin gənc nəslin humanist ruhda formalaşmasında nümunə olaraq göstəriləcəyi qeyd edilib.
09.03.20 12:02 ərzində olan dəyişikliklər Yazan Administrator 07.03.20 15:21
Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Xəzər Universitetinin müəllimi "Dərin Rusiya" kitabının müəllifi Dr. Telman Nüsrətoğlunun "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" adlı konfransı keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun əməkdaşları və müxtəlif universitetlərin tələbələri iştirak edib.
Səhifə 1 > 46-dəan