|
21.05.19 14:16 ərzində olan dəyişikliklər Yazan Administrator 21.05.19 14:02
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin davamı olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələrinə maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda universitetin müəllim heyəti və tələbələri iştirak edib.
14.05.19 18:16 ərzində olan dəyişikliklər Yazan Administrator 14.05.19 18:10
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına davam edir. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin tələbələrinə verilən maarifləndirmə seminarından sonra Zaqatala rayonu Muxax Kəndi 2 Saylı orta məktəbdə və Tala kəndi 4 saylı orta məktəbdə seminarlar təşkil edilib. Təşkil edilən seminarda təhsil ocaqlarının müəllim heyəti və şagirdləri iştirak edib.
Yazan Administrator 04.05.19 12:13
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Mehmet Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə - iki şair bir şeir” mövzusunda beynəlxalq elmi panel keçirilib. Tədbir Ədəbiyyat İnstitutu, TİKA və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Əvvəlcə tədbir iştirakçıları Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Yazan Administrator 02.05.19 12:24
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ”Heydər Əliyev Müstəqil Azərbaycanın Memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və vitse-prezident Salman Əliyev də iştirak edib.
20.04.19 18:17 ərzində olan dəyişikliklər Yazan Administrator 20.04.19 15:02
Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən milli-mənəvi dəyərlərin gənc nəsillərə çatdırılması məqsədilə “Kitabın İşığın Olsun!” layihəsi həyata keçirilib.
Layihə, Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA), Gəncliyə Yardım Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində reallaşıb.
Əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
23.04.19 17:15 ərzində olan dəyişikliklər Yazan Administrator 17.04.19 15:24
Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” adlı layihənin birinci mərhələsi yekunlaşıb.
“Dəyərlərimizlə gələcəyimizi qoruyaq” şüarı ilə keçirilən layihənin hədəf auditoriyası 6-7-8-ci sinif şagirdləri olub.
Səhifə 6 > 47-dəan