20.05.17 18:20 ərzində olan dəyişikliklər Yazan Administrator 20.05.17 18:02
Bu gün IV İslam Həmrəyliyi Oyunları Münasibəti ilə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Güləş Federasiya başqanı Musa Aydın Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaq fondun Azərbaycandakı xeyriyyə fəaliyyətləri və gənclərin intelektual, idman və sosial sahələrdəki inkişafına dəstək proqramları ilə yaxından tanış olub.
20.05.17 17:46 ərzində olan dəyişikliklər Yazan Administrator 19.05.17 11:37
16.05.2017-ci il tarxində Türkiyə Cumhuriyyəti Bakı Böyük Elçiliyinin təşkilatçılığı ilə Türkiyənin Şanlıurfa valisi Güngör Azim Tunanın temsil etdiyi Çanaqqala, Eskişehir, Ankara ve Balıkesidən olan 50-yə yaxın gənc Azərbaycanda səfərdə olub. Səfər zamanı qonaqlar Bakıda tarixi və mədəniyyət abidələri ilə o cümlədən şəhərin gəzməli-görməli yerləri ilə yaxından tanış olublar. Daha sonra qonaqlar Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət zamanı qonaqlara fondun fəaliyyəti haqqında fond rəhbərliyi tərəfindən məlumat verilib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara fondumuzu ziyarət edtdikləri üçün təşəkkürünü bildirib. Görüşdə T.C Bakı Böyük Elçiliyinin Mətbuat Müşaviri Hamit Karadeniz çıxış edərək Gəncliyə Yardım Fonduna belə qonaqpərvəliyinə görə minnətdarlığını bildirib.
Yazan Administrator 03.05.17 09:42
02 May 2017-ci il tarixində Iğdır Universitesi Rektoru Prof.Dr.Mehmet Hakkı Alma Gəncliyə Yardım Fondunda ziyarətdə olub. Fondun idarə heyəti ilə görüşən qonağa Gəncliyə Yardım Fondunun fəaliyyətləri haqqında məlumat verilib. Prof.Dr.Mehmet Hakkı Alma da öz növbəsində belə yüksək qonaqpərvərliyinə görə Cənab Ahmet Tecimə minnətdarlığını bildirib.
01.05.17 15:52 ərzində olan dəyişikliklər Yazan Administrator 01.05.17 15:42
29-30 Aprel 2017 tarixləri arasında Hilton otelində "Akademi Fair"in təşkilatçılığı ilə keçirilən Türkiyə Universitetlərinin Sərgisində Türkiyənin 20-dən artıq dövlət və özəl universiteti iştirak edib.
Sərgiyə qatılan Türiyənin Sehabahattin İstanbul Zaim Universitetinin nümayəndə heyəti Mehmet Fatih Pehlivan və Faruk Atasal Gəncliyə Yardım Fondunu ziyarət edib.
01.05.17 12:25 ərzində olan dəyişikliklər Yazan Administrator 01.05.17 12:07
29 aprel 2017-ci il tarixində ''Ata Türk '' mərkəzində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Samir İmanovun ''Özunlə fexr et '' kitabının təqdimat mərasimi keçirilib. Müəllif yenicə çapdan çıxan " Özünlə fexr et'' adlı kitabıyla həm də cəmiyyətin əlilliyi olan insanlara diqqət və qayğısının artırılmasına xidmət edir.
31.03.17 10:11 ərzində olan dəyişikliklər Yazan Administrator 30.03.17 12:30
30 mart 2017-ci il tarixində Gəncliyə Yardım Fondu Zəngilan rayon İcra Hakimiyyəti ilə birlikdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş program həyata keçirib. Tədbirdə Zəngilan rayonu məcburi köçkün ailələri, şəhid ailələri, dövlət və QHT nümayəndələri iştirak edib.
Tədbirin sonunda Türkiyənin xeyriyyəçi təşkilatı Aziz Mahmud Hüdayi vəqfinin dəstəyi ilə yüz əlli Zəngilan sakini məcburi köçkün və şəhid ailəsinə ərzaq bağlaması yardımı paylanıb.
Səhifə 8 > 33-dəan