Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral ilə Görüşüb

16 aprel 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Ahmet Tecim səfir Erkan…
Davamını oxu...

GYF-nin Dəstəyi ilə “Tariximizin Dahiləri” Kitabı Nəşr Olunub

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində “Tariximizin dahiləri” kitabı İpəkyolu…
Davamını oxu...

İlham Əliyev Erkan Özoralın Fəaliyyətini Yüksək Dəyərləndirdi

“Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”. Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə…
Davamını oxu...

GYF-nin Dəstəyi ilə Kitab Oxuma Müsabiqələri Keçirilib

Gəncliyə Yardım Fondunun dəstəyi və “Light Up Training Platform”unun təşkilatçılığı ilə kitab oxuma müsabiqəsi keçirilib. “Quran, Kainat və İnsan” kitabından keçirilən müsabiqəsinin ilk üç yerinin sahibinə qiymətli hədiyyələr, eyni zamanda…
Davamını oxu...

Sosial Fəaliyyətlər

‎“2 Fevral Gənclər Günü” Münasibəti ilə Gənc Hərbçilərlə Görüş Keçirilib

07.02.19 12:54 ərzində olan dəyişikliklər Yazan Administrator 07.02.19 12:30

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə görüş keçirilib.

2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gəncliyə Yardım Fondunun nümayəndələri, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, və musiqiçilər iştirak ediblər.

Davamını oxu...

 

‎“Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupu GYF-nin Qonağı Olub

29.12.18 13:19 ərzində olan dəyişikliklər Yazan Administrator 29.12.18 13:04

Bu gün “Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun üzvləri və könüllüləri Gəncliyə Yardım Fondunun qonağı olub. GYF-nin Ömər Halis Demir adına seminar salonunda keçirilən görüşdə Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr Şöbəsinin müdiri Eldar Kərimov qonaqları salamlayıb və qrup üzvü olan uşaqlara fondun gənclərlə bağlı fəaliyyətləri haqqında məlumat verib.  Daha sonra uşaqlar fondun fəaliyyətlərini özündə əks etdirən video roliki izləyiblər.

Davamını oxu...

 
 

GYF- Nümayəndələri Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabat Tədbirində İştirak Edib

26.12.18 10:27 ərzində olan dəyişikliklər Yazan Administrator 25.12.18 17:51

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabat Tədbiri və Üzvlərinin Məclisi həyata keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə məclis açıq elan edilib. Məclisin başlanması üçün yetərsay müəyyən edilib, gündəlik təsdiq olunub. Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova ARGTMŞ üzvlərinin statusu ilə bağlı səsvermənin həyata keçirilməsi ilə bağlı öz təkliflərini iclas iştirakçılarına çatdırıb.

Davamını oxu...

 
 

GYF Nümayəndələri"Qarabağ: Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” Filmlərinin ‎Təqdimatında İştirak Edib

25.12.18 12:36 ərzində olan dəyişikliklər Yazan Administrator 25.12.18 12:29

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AMEA Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Virtual Qarabağ” informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən istehsal olunmuş “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “Cəbrayıl-virtual səyahət” 3 D qrafik təsvirli filminin ictimaiyyətə təqdimatı keçirilib.

Davamını oxu...

 
 

Dr. Turqay Şirinin GYF-də Tələbələrlə Seminarı Keçirilib

24.12.18 09:53 ərzində olan dəyişikliklər Yazan Administrator 22.12.18 14:40

22 Dekabr 2018-ci il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində ‎ Türkiyə Cümhuriyyəti İstanbul Səbahəttin Zaim Universitetinin Psixologiya kafedrasının müəllimi Dr. Turqay Şirinin “Kino, Sosial Media, Müasir Mədəniyyət və Din” adlı seminarı baş tutub. Seminarda Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, TİKA Bakı Koordinatorunun müavini Ersin Çopur, fondun müəllim heyəti və müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak edib.

Davamını oxu...

 
 

GYF-də Mərkəzi İnsan Modeli (MİM) Seminarı Keçirilib

Yazan Administrator 21.12.18 14:57

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Türkiyə Cümhuriyyəti Səbahəttin Zaim Universitetinin Psixologiya kafedrasının müdiri Dr. Turqay Şirinin “Mərkəzi İnsan Modeli” adlı seminarı baş tutub. Seminarda Gəncliyə Yardım Fondunun rəhbər işçiləri və məsul əməkdaşları iştirak edib.

Davamını oxu...

 
 

Səhifə 9 > 47-dəan