Yazan Administrator 14.11.20 13:55
Uzun illər Gəncliyə Yardım Fondunun təhsil koordinatoru vəzifəsində çalışıb öz dərin elmi biliyi və mənəvi dünyasının zənginliyi ilə Azərbaycanda milli-mənəvi dəyərlərinə bağlı gənclərin yetişdirilməsində yaxından əməyi olan dəyərli böyüyümüz, könül insanı Ali ÇİNAR müəllimimiz bu gün Haqqın rəhmətinə qovuşmuşdur. Yaxınlarına, dostlarına və tələbələrinə başsağlıği verir, Uca Rəbbimizdən məkanının cənnət olmasını niyaz edirik.
10.11.20 11:34 ərzində olan dəyişikliklər Yazan Administrator 10.11.20 11:22
Həsrətimiz vüsala döndü...
Bu qədər illər sonra həsrətimizi dindirən, Qarabağ torpaqlarımıza olan hicranımızı vüsala çevirən və bu mübarək zəfəri lütf edən Rəbbimizə sonsuz şükürlər olsun.
Azərbaycanın şücaətli Dövlət Rəhbəri cənab İlham Əliyev bütün təqdir və təriflərə layiqdir. Bu haqlı mübarizəmizi dəstəkləyən Türk dövlət və millətinə də təşəkkür edirik.
05.10.20 16:39 ərzində olan dəyişikliklər Yazan Administrator 04.10.20 00:00
4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhəri 8 avqust 1930-cu ildə təşkil edilib. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilib.
İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
29.09.20 17:01 ərzində olan dəyişikliklər Yazan Administrator 29.09.20 14:59
27 sentyabr Ermənistan silahlı qüvvələri iriçaplı silah, minaatan və müxtəlif çaplı artileriya qurğularından atəşkəsi kobud şəkildə pozaraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, habelə yaşayış məntəqələrini atəşə tutub. Mülki əhalini qəsdən hədəf alan Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququ, həmçinin Cenevrə Konvensiyasını kobud şəkildə pozub.
25.07.20 17:12 ərzində olan dəyişikliklər Yazan Administrator 25.07.20 17:03
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və icraçı katib Sedat Dəmir ilə görüşüb. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Yazan Administrator 26.02.20 11:12
Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları paytaxtın Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib. Fondun rəhbər və işçi heyəti bu dəhşətli faciənin 28-ci ildönümündə günahsız qurbanların xatirəsini bir daha anıb, ruhlarına dualar oxuyublar. Fond hər il oduğu kimi, bu ildə Xocali faciəsinin unudulmaması və bu genosidin dünya ictimaiyyətinə çatdırılması üçün orta məktəb şagirdləri arasında maarifləndirmə tədbirləri həyata keçirib və məcburi köçkün ailələrinə qida yardımları paylayıb.
Səhifə 1 > 14-dəan